Vakansiya haqqında
Ofisiant vakansiyası üzrə müraciət edən namizədlərdən menyu biliyi, çevik xidmət və qonaq məmnuniyyətinə diqqət gözlənilir.
İş barədə məlumat
Xidmət göstərilən müəssisənin menyusunu, içkilərin və yeməklərin tərkibini, hazırlanma qaydalarını, həmçinin təqdimat qaydalarını bilmək.
Sifarişləri diqqətlə və düzgün qəbul etmək, onları mətbəxə və bara çatdırmaq.
Qonaqların istəklərinə nəzakətli və operativ şəkildə cavab vermək.
Qonaqlar ayrıldıqdan sonra masa və ətraf sahəni səliqəyə salmaq.
Hesabı düzgün hazırlamaq, qonağa təqdim etmək və ödənişi qəbul etmək.
Namizədlər üçün tələblər
Xanım və bəy namizədlər.
Orta səviyyədə ingilis və rus dillərini bilmək.
Müştəri xidmətinə fokuslanma.
Aktiv dinləmə və effektiv texniki bacarıqlar.
Detallara diqqət.
Şərtlər
Əmək haqqı: 600 AZN + əlavə bonuslar.
İş qrafiki: 8 saatlıq iş rejimi, həftədə 1 gün istirahət.
Yemək və uniforma ilə təminat.
Müraciət qaydası
Göstərilən tələblərə uyğun namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvana “Ofisiant” başlığı ilə göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
