Vakansiya haqqında
Qrafik dizayner vakansiyasında reklam və sosial media vizualları hazırlaya bilən yaradıcı mütəxəssis axtarılır.
Vəzifə öhdəlikləri
Reklam kampaniyaları üçün layihələrin hazırlanması;
Qrafik kompozisiyaların işlənməsi;
Kampaniyalar və sosial media paylaşımları üçün vizual materialların hazırlanması;
Plakat, sütun, banner maketlərinin və kataloqların hazırlanması;
Korporativ stil elementlərinin, o cümlədən endirim kartları, açıqcalar, flayerlər, təqvimlər və digər materialların dizaynı;
Marketinq layihələrinin vizuallaşdırılması;
Təqdimatların korporativ stilə uyğun şəkildə dizayn edilməsi;
Tələb olunan bilik və bacarıqlar
Qrafik dizayn sahəsində iş təcrübəsi;
Reklam materiallarının istifadə qaydaları üzrə biliklər;
Adobe Photoshop və Adobe Illustrator proqramlarında yüksək səviyyədə bilik;
Tapşırıqlara uyğun funksional həllər təklif etmək bacarığı;
Yaradıcı və kreativ düşüncə qabiliyyəti;
Detallara diqqətlilik;
Komanda ilə işləmək bacarığı;
Dil bilikləri: Azərbaycan dili, ingilis dili (pre-intermediate), rus dili (arzuolunan);
Portfolio təqdim olunmalıdır.
İş şəraiti
İş qrafiki: həftənin 5 iş günü, saat 09:00–18:00;
İş yeri: Bakı;
Əmək haqqı müsahibə əsasında müəyyən olunur;
Nahar şirkət tərəfindən təmin edilir;
Rəsmiləşdirmə Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən aparılır.
Müraciət qaydası
Komandamıza uyğun namizədlər CV-lərini mövzu hissəsində “Qrafik Dizayner” qeyd etməklə, Müraciət et düyməsində göstərilən elektron ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
