Vakansiya haqqında
Satış təmsilçisi tələb olunur: namizəddən məhsulun satışa hazırlanması, çatdırılması və hesabatlılığın təmin edilməsi gözlənilir.
Vəzifə öhdəlikləri
Məhsulu satışa hazırlamaq və realizə etmək;
Kateqoriyalara bölünmüş məntəqələr üzrə getmə tezlikləri əsasında məhsulun çatdırılmasını təmin etmək;
Satışa buraxılan məhsulu müəyyən edilmiş qaydada pərakəndə satış məntəqələrinə vaxtında çatdırmaq;
Plan və hesablaşma qaydalarında nəzərdə tutulan həcmdə mal satmaq;
Satışa aparılan məhsul və satışdan əldə edilmiş pul vəsaitinin dövriyyəsi barədə gündəlik hesabatlar hazırlamaq;
Tələb olunan hesabat formalarını aydın və dəqiq doldurmaq;
Məhsulun düzgün qiymətləndirilməsini müəyyənləşdirmək.
Namizədə dair tələblər
Orta və ya ali təhsil;
MS Office proqramlarında işləmə bacarığı;
Güclü kommunikasiya bacarığı;
Satış sahəsində minimum 1 il iş təcrübəsi;
Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyəti;
Operativlik;
Dəqiqlik;
Məsuliyyətlilik.
İş şəraiti
Əmək haqqı: razılaşma yolu ilə
İş rejimi: 5 günlük, şənbə və bazar istirahət günləridir;
İş saatı: 09:00-18:00;
Ünvan: Bakı şəhəri.
Müraciət qaydası
Vakansiyaya müraciət etmək istəyən namizədlər CV-lərini mövzu hissəsində “Satış təmsilçisi” qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
