Vakansiya haqqında
SPA şöbəsi üzrə qeydiyyatçı vakansiyası qonaq xidmətləri, rezervasiya və hotelçilik sahəsində iş axtaranlar üçün nəzərdə tutulub.
Vəzifə öhdəlikləri
Telefon, elektron poçt və digər əlaqə kanalları vasitəsilə daxil olan SPA rezervasiya müraciətlərini qəbul etmək və idarə etmək;
Qonaqlara SPA xidmətləri, prosedurlar, qiymətlər və mövcudluq haqqında ətraflı məlumat vermək;
SPA rezervasiyalarını sistemə düzgün daxil etmək və dəyişiklikləri vaxtında həyata keçirmək;
Rezervasiyaların təsdiqi, ləğvi və dəyişdirilməsi ilə bağlı qonaqlara operativ məlumat təqdim etmək;
Qonaqları qarşılamaq, qeydiyyat və çıxış proseslərini həyata keçirmək;
Qonaqların xüsusi istəklərini qəbul etmək və aidiyyəti əməkdaşlara düzgün yönləndirmək;
SPA şöbəsinin gündəlik fəaliyyəti ilə bağlı məlumatları yoxlamaq və hesabatların hazırlanmasına dəstək vermək;
SPA və digər hotel şöbələri ilə koordinasiyalı şəkildə işləmək;
Hotelin xidmət standartlarına uyğun yüksək səviyyədə qonaq məmnuniyyətini təmin etmək.
Namizədə tələblər
SPA, Front Office, Reception və ya hotelçilik sahəsində minimum 1 il iş təcrübəsi üstünlükdür;
SPA və ya hotel rezervasiya sistemləri ilə işləmə bacarığı üstünlükdür;
Azərbaycan və ingilis dillərini yaxşı səviyyədə bilmək, rus dili biliyi üstünlükdür;
MS Office proqramlarında işləmək bacarığı;
Güclü ünsiyyət və müştəri xidməti bacarığı;
Diqqətli, məsuliyyətli və operativ olmaq;
Səliqəli və nəzakətli görünüş;
Komanda ilə işləmək və yüksək iş tempinə uyğunlaşmaq bacarığı.
İş şəraiti
Rəsmi əmək müqaviləsi;
Peşəkar və dinamik kollektiv;
Karyera inkişafı imkanları;
Nahar təminatı;
Beynəlxalq hotel şəbəkəsində işləmək imkanı.
Müraciət qaydası
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində “SPA şöbəsi üzrə qeydiyyatçı” qeyd olunması xahiş edilir.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
