Vakansiya haqqında
KOS üzrə müştəri təmsilçisi vəzifəsi üçün satış, müştəri cəlbi və bank məhsulları ilə iş sahəsində təcrübəli namizədlər axtarılır.
Vəzifə öhdəlikləri
Yeni kiçik və orta sahibkarları bank müştərisi kimi cəlb etmək;
Potensial müştərilərdən bank xidmətləri üzrə sifarişləri qəbul etmək və satış prosesini həyata keçirmək;
Mövcud müştəri portfelini idarə etmək, bu seqmentə aid bütün növ bank məhsullarını müştərilərə satmaq;
Müştərilərin ehtiyaclarını müəyyənləşdirərək onları uyğun bank xidmət və məhsulları barədə məlumatlandırmaq;
Müştəri müraciətlərinin aidiyyəti struktur bölmələr tərəfindən icrasını təmin etmək;
Cari və planlaşdırılmış əməkdaşlıqların səmərəliliyini təhlil etmək;
Görülmüş işlər üzrə hesabat hazırlamaq.
Tələblər
Maliyyə, menecment və ya iqtisadiyyat istiqaməti üzrə bakalavr təhsili;
Azərbaycan dili mükəmməl səviyyədə olmalıdır, rus və ingilis dili arzuolunandır;
Yüksək səviyyədə ünsiyyət qurmaq bacarığı;
Güclü satış bacarığı;
Maliyyə hesabatlarını təhlil etmək bacarığı;
Tələb olunan sahə üzrə 2 il iş təcrübəsi.
Vakansiya növü
Tam ştat
Müraciət qaydası
Maraqlanan namizədlər Müraciət et düyməsində göstərilən linkə daxil olaraq müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
