Vakansiya haqqında
Rəqəmsal marketinq və kontent üzrə mütəxəssis axtarılır.
Vəzifələr
Meta Ads, Google Ads, TikTok Ads və digər rəqəmsal reklam platformalarında kampaniyaların hazırlanması, idarə olunması və optimallaşdırılması;
Axtarış sistemlərinin optimizasiyasının (SEO) həyata keçirilməsi;
Reklam büdcəsinin səmərəli idarə edilməsi, CPL, CPA, ROAS, CTR, Konversiya dərəcəsi (Conversion Rate) və digər əsas KPI-ların izlənməsi və təhlili;
Rəqəmsal kanallar üzrə aylıq reklam planlarının hazırlanması;
Sosial media platformaları üçün kontent planının hazırlanması və icrasının təmin olunması;
Instagram, Facebook, TikTok, LinkedIn və digər platformalar üçün kreativ və informativ kontentlərin hazırlanması;
Reels, Stories, TikTok və qısa video formatlarında çəkilişlərin həyata keçirilməsi;
Məhsul, tətbiq prosesi, ustaların işi, layihələr və digər mövzular üzrə foto və video kontentin hazırlanması;
Reklam kreativləri üçün qısa məlumatların (brief) hazırlanması və dizaynerlə koordinasiya;
Website üçün kontentin yenilənməsi;
Google Analytics 4, Meta Business Suite/Ads Manager və digər analitika alətləri vasitəsilə nəticələrin monitorinqi;
Aylıq digital marketing hesabatlarının hazırlanması, nəticələr əsasında optimallaşdırma və təkliflərin verilməsi;
Rəqəmsal trendlərin, yeni reklam formatlarının və rəqiblərin digital fəaliyyətinin izlənilməsi.
Tələblər
MS Office: Word, Excel, PowerPoint;
Meta Business Suite və Ads Manager bilikləri;
Google Ads üzrə təcrübə;
Google Analytics 4 (GA4) bilikləri;
CapCut və ya digər video montaj proqramları ilə işləmək bacarığı;
Təhsil: ali təhsil (Marketinq, Biznesin idarə olunması, PR və Kommunikasiya və digər oxşar sahələr);
İş təcrübəsi: müvafiq sahədə minimum 2 il;
Dil bilikləri: Azərbaycan dili əla, İngilis dili və Rus dili yaxşı;
Fərdi keyfiyyətlər: məsuliyyətli, nəticəyönümlü, kreativ, təşəbbüskar, öyrənməyə və inkişaf etməyə açıq.
İş şəraiti
İş yeri: Bakı şəhəri, Nərimanov rayonu;
İş saatları: 08:30-17:30;
İş günləri: həftədə 5 gün;
Şirkət tərəfindən naharla təmin edilmə;
Sınaq müddətindən sonra könüllü tibbi sığorta.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
