Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

SR Logistics and Transport LLC

Ofis meneceri

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

SR Logistics and Transport MMC komandasında ofis işlərinin təşkili üçün məsuliyyətli ofis meneceri axtarılır. Əsas vəzifələr Ofisə gələn qonaqları qarşılamaq və uyğun istiqamətləndirmək; Daxil olan telefon zənglərini cavablandırmaq və əlaqəli şəxslərə yönləndirmək; Gələn və göndərilən sənədlərin qeydiyyatını aparmaq və aidiyyəti üzrə yönləndirmək; Məktubların və kuryer göndərişlərinin qəbulunu həyata keçirmək; Ofis ləvazimatlarına nəzarət etmək və sifarişlərin təşkilinə dəstək vermək; Ofisin gündəlik inzibati işlərinin icrasına kömək göstərmək; Əməkdaşlarla bağlı inzibati məsələlərin koordinasiyasını aparmaq; Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək. Namizədə tələblər Səliqəli və işgüzar görünüş; Güclü ünsiyyət bacarığı; Azərbaycan dilində sərbəst danışıq bacarığı, rus və ingilis dillərini bilmək üstünlük hesab olunur; MS Office proqramlarında işləmək bacarığı; Məsuliyyətli, diqqətli və operativ olmaq; Müvafiq sahədə iş təcrübəsi arzuolunandır; 20–35 yaş aralığında olan namizədlərə üstünlük verilir. İş şəraiti İş qrafiki: 5 günlük iş həftəsi; İş saatları: 09:00–18:00; İş yeri: Bakı şəhəri; Nahar: Şirkət tərəfindən təmin olunur; Əmək haqqı: 550 AZN (xalis). Müraciət qaydası Ofis meneceri vakansiyası üzrə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Ofis meneceri” qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.