Vakansiya haqqında
Treyder vəzifəsi üzrə müştəri sifarişlərinin qəbulu, investisiya əməliyyatları və hesabatların hazırlanması sahəsində iş imkanı təqdim olunur.
Vəzifə öhdəlikləri
Tələb olunduğu halda müvafiq ixtisas şəhadətnaməsinin alınması üçün qanunvericiliyə uyğun akkreditasiyadan keçmək;
Müvafiq ixtisas şəhadətnaməsi mövcud olduqda, verilmiş səlahiyyətlər daxilində müştəri sifarişlərini qəbul etmək;
Müştərilərin məlumatlandırılmasını təmin etmək;
Müştərinin aktivləri və həyata keçirilən investisiya xidmətləri, əməliyyatları üzrə hesabatlar hazırlamaq;
Hazırlanmış hesabatları və təklifləri rəhbərliyə təqdim etmək;
Müştərilərdən daxil olan zəngləri cavablandırmaq və problemlərin araşdırılmasında iştirak etmək;
Müştəri xidmətinin keyfiyyətinin artırılması üçün təkliflər hazırlamaq və rəhbərə baxılması üçün təqdim etmək;
Müştərilər üzrə analitik məlumatlar hazırlamaq;
Cəmiyyətin iş prinsiplərinə əməl etmək, işə davamiyyət və əmək intizamını qorumaq;
Yeni məhsul və xidmətlərin yaradılması, eləcə də tətbiqi prosesində iştirak etmək;
Vəzifə və səlahiyyətlər çərçivəsində fəaliyyətini mövcud Əsasnaməyə, şirkətdaxili prosedurlara və qaydalara uyğun həyata keçirmək;
Səlahiyyətləri daxilində müştəri sorğularının cavablandırılmasında iştirak etmək;
Müxtəlif işçi qruplarının tərkibində öz fəaliyyət sahəsi üzrə iştirak etmək;
Rəhbər tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
Vəzifəyə dair tələblər
Ali iqtisadi təhsil;
Sahə üzrə minimum 1 il iş təcrübəsi;
İcra edilən vəzifə öhdəliyi ilə bağlı zəruri requlyativ sertifikat və ya şəhadətnaməyə malik olmaq;
Şirkətin məhsul və xidmətlərinin bütün növləri barədə bilik;
İnvestisiya fəaliyyətinin və iqtisadi nəzəriyyənin əsaslarını bilmək;
Danışıqlar aparmaq bacarığı və problemli vəziyyətlərin həllində təcrübə;
Korporativ davranış normalarını bilmək;
Şirkətdaxili prosedurları, eləcə də Nəzarət orqanının rəhbər göstərişlərini bilmək;
Kompüterdən normal istifadəçi səviyyəsində yararlanmaq bacarığı: Windows, MS Office proqramları (Excel, Word, Outlook) və internetdə işləmə bacarığı;
Azərbaycan dili üzrə sərbəst bilik;
İngilis dili üzrə orta səviyyə, rus dili üzrə baza bilikləri;
Kollektivlə ünsiyyət qurmaq bacarığı.
Müraciət qaydası
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
