Vakansiya haqqında
Gəncə şəhərində Hüquq məsləhətçisi vakansiyası üzrə bankın hüquqi işlərinin aparılması, məhkəmə prosesləri və müqavilələrin hazırlanması üçün namizəd axtarılır.
Vəzifə öhdəlikləri
Məhkəmələr, dövlət hakimiyyəti və idarəetmə orqanları, ictimai təşkilatlar və digər üçüncü şəxslər qarşısında bankı təmsil etməklə onun hüquq və mənafelərini müdafiə etmək;
Bank tərəfindən qaldırılan iddiaları və digər ərizələri hazırlamaq, banka qarşı verilən iddialar üzrə etiraz və mülahizələri tərtib etmək, məhkəmə qərarları ilə bağlı şikayətləri hazırlamaq;
Bank fəaliyyətinin müxtəlif istiqamətləri üzrə müqavilələri və təsərrüfat müqavilələrini hazırlamaq, kontragentlər tərəfindən təqdim edilən layihələrə hüquq və mənafelərə uyğunluq baxımından əlavə və dəyişikliklər etmək;
Bankın bağlaması nəzərdə tutulan və Hüquq idarəsinə viza üçün təqdim edilən müqavilələr üzrə hüquqi rəy vermək;
Bankda müştərilərə hesabların açılması qaydasına riayət olunmasına nəzarət etmək;
İcraatda olan və icraatı tamamlanmış məhkəmə işlərinin uçotunu və saxlanmasını aparmaq;
Hüquq idarəsinə və ya filialın hüquq məsləhətçisinin icraatına daxil olan və çıxan sənədlərin, işlərin uçotunu aparmaq.
Tələblər
Hüquq sahəsində ali təhsilin olması;
Oğlan namizədlər üçün hərbi xidməti başa vurmuş olmaq və ya hərbi xidmətdən möhlət hüququna malik olmaq;
Bank və ya digər kredit təşkilatlarında hüquqi təminat sahəsində azı 2 il iş təcrübəsinin olması arzuolunandır;
Azərbaycan Respublikasının qanunvericilik və normativ-hüquqi aktlarını bilmək;
Mülki, mülki-prosessual, əmək, inzibati və vergi hüququnun əsaslarına bələd olmaq;
Mülki-hüquqi əqdlərin tərtibi, bağlanması və rəsmiləşdirilməsi qaydasını bilmək;
Hüquqi sənədlərin sistemləşdirilməsi, aparılması və uçotu qaydalarını bilmək;
Azərbaycan dilini mükəmməl bilmək, rus və ingilis dillərini bilənlərə üstünlük veriləcək;
Yüksək qavrama və öyrənmə qabiliyyəti;
Kompüter bilikləri;
Bankda hüquqi işlərin, o cümlədən məhkəmə işlərinin aparılması təcrübəsi olan namizədlərə üstünlük verilir.
İş şərtləri
Vakansiya növü: Tam ştat
Müraciət qaydası
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
