Vakansiya haqqında
Korporativ satış sahəsində təcrübəsi olan satış meneceri axtarırıq.
Öhdəliklər
Yeni korporativ müştərilərin müəyyən edilməsi və potensial müştəri bazasının artırılması
Mövcud müştərilərlə davamlı münasibətlərin qurulması və inkişaf etdirilməsi
Müştəri tələblərinin öyrənilməsi və uyğun həllərin təklif olunması
Şirkətin məhsul və xidmətlərinin korporativ müştərilərə təqdim edilməsi
Satış təqdimatlarının, görüşlərin hazırlanması və aparılması
Qiymət təkliflərinin hazırlanması və müqavilə şərtlərinin razılaşdırılması
Satış planının icrası, aylıq və rüblük hədəflərə çatılması
Bazar trendlərinin izlənilməsi
Müştəri davranışları və trendlərin təhlili əsasında satış strategiyasına töhfə verilməsi
Satış fəaliyyəti üzrə gündəlik, həftəlik və aylıq hesabatların hazırlanması
CRM sistemində məlumatların dəqiq və vaxtında yenilənməsi
Müştəri sorğularının cavablandırılması və şikayətlərin operativ həll edilməsi
Brend standartlarına uyğun təqdimat və davranışın nümayiş etdirilməsi
Şirkətin tədbirlərdə, sərgilərdə və biznes görüşlərində peşəkar şəkildə təmsil olunması
Tələblər
Satış sahəsində minimum 2 il təcrübə, bunun azı 1 ili korporativ satış sahəsində olmalıdır
Azərbaycan dili üzrə səlis şifahi və yazılı biliklər
İngilis dili və rus dili üzrə orta səviyyədə şifahi və yazılı biliklər arzuolunandır
İşgüzar ünsiyyət etikası, səlis və inandırıcı danışıq, təqdimat bacarığı
Etirazlarla işləmə və fikri əsaslandırmaq bacarığı
Biz nə təklif edirik?
700-850 AZN sabit əmək haqqı, bacarıqlara əsasən
Hədəf əsaslı satış bonusları
Performans əsaslı KPI bonusları
Korporativ nömrə və noutbuk
5 günlük iş həftəsi
CV-lərinizi “Mövzu” hissəsində “Satış meneceri” qeyd etməklə Müraciət et düyməsində göstərilən e-mail ünvanına göndərməyiniz xahiş olunur. Satış təcrübəsi və dil bilikləri tələblərinə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
