Vakansiya haqqında
Java backend təlimçisi tələb olunur.
Vəzifə barədə
INNAB olaraq həyata keçirməyi planlaşdırdığımız Java Backend proqramı üçün təcrübəli və praktik yönümlü təlimçi axtarırıq.
Namizəddən gözləntilər
Java proqramlaşdırma üzrə güclü nəzəri və praktiki bilik
OOP prinsipləri üzrə yaxşı bilik
Java ilə real layihələrdə iş təcrübəsi
Mövzuları sadə və sistemli şəkildə izah etmək bacarığı
Praktiki tapşırıqlar və layihələr hazırlamaq bacarığı
Təlimçilik və ya mentorluq təcrübəsi arzuolunandır
Təlim proqramının mövzuları
Java əsasları, OOP, Inheritance, Polymorphism, Interfaces, Abstract Classes, Generics, Exception Handling və digər Backend mövzuları proqramda yer alır.
Müraciət qaydası
Maraqlanan şəxslər CV-lərini və qısa məlumatlarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
