Vakansiya haqqında
Front Office resepşn vəzifəsi üzrə peşəkar əməkdaş axtarılır.
Vəzifə öhdəlikləri
Hotelə gələn qonaqları qarşılamaq və onlara yüksək səviyyədə xidmət göstərmək;
Check-in və check-out proseslərini hotel qaydalarına uyğun şəkildə həyata keçirmək;
Qonaqların suallarını cavablandırmaq və hotel xidmətləri barədə dolğun məlumat vermək;
Rezervasiya və qonaq məlumatlarını sistemə düzgün daxil etmək və mütəmadi yeniləmək;
Qonaqların xüsusi tələblərini qəbul etmək və aidiyyəti şöbələrlə əlaqələndirmək;
Qonaq müraciətlərini və yarana bilən problemləri operativ şəkildə həll etmək;
Kassa və ödəniş prosedurlarını hotel daxili qaydalara uyğun icra etmək;
Front Office şöbəsinin əməkdaşları və digər hotel şöbələri ilə koordinasiyalı işləmək;
Qonaq məmnuniyyətinin və yüksək xidmət standartlarının qorunmasına töhfə vermək.
Namizədə tələblər
Front Office / Reception sahəsində minimum 1–2 il iş təcrübəsi;
Hotel sahəsində iş təcrübəsinin olması mütləqdir;
Opera PMS proqramında işləmək bacarığı;
Azərbaycan və ingilis dillərini yaxşı səviyyədə bilmək, rus dili biliyi üstünlükdür;
MS Office proqramlarında işləyə bilmək;
Güclü ünsiyyət və qonaq xidməti bacarıqları;
Səliqəli, məsuliyyətli və operativ olmaq;
Növbəli iş qrafikində çalışmağa hazır olmaq;
Komanda ilə işləmək və yüksək iş tempinə uyğunlaşmaq bacarığı.
İş şəraiti
Rəsmi əmək müqaviləsi;
Peşəkar və dinamik iş mühiti;
Karyera inkişafı imkanları;
Nahar təminatı;
Beynəlxalq hotel şəbəkəsində işləmək imkanı.
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində “Front Office Receptionist” qeyd olunmalıdır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
