Vakansiya haqqında
Maliyyə meneceri vəzifəsi üzrə təcrübəli namizəd axtarılır.
Tələblər
Ali iqtisadi təhsil; Maliyyə, Mühasibatlıq və ya Audit ixtisasları üzrə təhsil arzuolunandır.
Oxşar vəzifədə minimum 2-3 il iş təcrübəsi; FMCG sahəsində təcrübə üstünlükdür.
ACCA kimi beynəlxalq sertifikatların olması arzuolunandır.
Mühasibatlıq və maliyyə üzrə qanunvericiliyi yaxşı səviyyədə bilməlidir.
Azərbaycan dilini yüksək səviyyədə bilməli, rus və ya ingilis dili biliyi arzuolunandır.
Microsoft Excel proqramında peşəkar səviyyədə işləmək bacarığı olmalıdır.
Namizədin yaşı 30 və yuxarı olmalıdır.
İş barədə məlumat
Maliyyə göstəriciləri üzrə hesabatların hazırlanması və təhlilinin aparılması.
Xərclərin səmərəliliyinin qiymətləndirilməsi və optimallaşdırma təkliflərinin hazırlanması.
Biznes proseslərində təsdiq və nəzarət baxımından çatışmazlıqların aşkar edilməsi, məlumatların toplanması və analiz olunması.
Debitor və kreditorlarla bağlı risklərin azaldılmasına nəzarət edilməsi.
Debitor və kreditor borcları üzrə ümumi nəzarətin həyata keçirilməsi.
Banklarla işin təşkili.
Brendlər və təchizatçılar üzrə hesabatların hazırlanması.
Müraciət qaydası
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Vacibdir: CV göndərərkən mövzu hissəsində "Maliyyə meneceri" yazılması mütləqdir.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
