Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Apar (Bike-Sharing Startup)

Rəqəmsal marketinq mütəxəssisi

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Bakıda fəaliyyət göstərən innovativ startap üçün rəqəmsal marketinq mütəxəssisi axtarılır. Şirkət haqqında APAR velosiped və skuter icarəsini innovativ yanaşma ilə həyata keçirən startapdır. Şirkətin məqsədi şəhərdə iki təkərli, rahat və ekoloji təmiz nəqliyyat həllini təqdim etməklə insanların həm gündəlik gediş-gəlişini, həm də təmiz havada aktiv vaxt keçirməsini asanlaşdırmaqdır. Xidmət mobil tətbiq üzərindən elektrikli və pedallı velosipedlərin icarəsini təklif edir. Təbiətə dost və aktiv həyat tərzini təşviq edən layihədə yer almaq istəyirsinizsə, vakansiyanı nəzərdən keçirməyinizi tövsiyə edirik. İş öhdəlikləri Şirkətin marketinq hədəflərinə uyğun yaradıcı və effektiv rəqəmsal marketinq ideyalarının hazırlanması və tətbiqi Velosiped və skuter icarəsi xidmətlərinin tanıdılması, yeni istifadəçilərin cəlb olunması və mövcud istifadəçilərin aktivliyinin artırılması üçün kampaniyaların hazırlanması və icrası Sosial media platformaları üçün kreativ kontent ideyalarının hazırlanması, Reels, post, Stories və digər formatlarda kontentin yaradılması Sosial media kontent planının hazırlanması və paylaşımların vaxtında həyata keçirilməsinin təmin edilməsi Sosial media, Google və digər rəqəmsal reklam kanallarında reklam kampaniyalarının qurulması, idarə edilməsi və optimallaşdırılması Reklam kampaniyalarının nəticələrinin izlənilməsi, əsas göstəricilərin təhlili və nəticələrə əsasən təkmilləşdirmələrin aparılması Mobil tətbiqin yüklənmələrinin, yeni istifadəçilərin sayının və tətbiqdən istifadənin artırılması istiqamətində rəqəmsal marketinq fəaliyyətlərinin həyata keçirilməsi Mövcud istifadəçilərin davranış və maraqlarına əsasən seqmentləşdirilməsi, uyğun kampaniya və təkliflərin hazırlanması Bazarın, rəqiblərin və istifadəçi davranışlarının araşdırılması, əldə olunan məlumatların marketinq fəaliyyətlərində tətbiq edilməsi İstifadəçi rəylərinin toplanması və təhlili, nəticələrə uyğun marketinq proseslərinin təkmilləşdirilməsi Rəqəmsal marketinq fəaliyyətlərinin nəticələri üzrə aylıq hesabatların hazırlanması Tələblər Ali təhsil Rəqəmsal marketinq sahəsində minimum 1 il iş təcrübəsi Meta Ads, Google Ads və digər rəqəmsal reklam alətləri üzrə praktiki biliklər Sosial media üçün kreativ kontent hazırlamaq və yeni ideyalar irəli sürmək bacarığı Reels, post, Stories və digər sosial media formatları üzrə praktiki təcrübə Reklam kampaniyalarının nəticələrini təhlil etmək və optimallaşdırmaq bacarığı Analitik düşüncə və rəqəmlərlə işləmək bacarığı Kreativ düşüncə, təşəbbüskarlıq və yeni ideyalar təklif etmək bacarığı Marketinq və kontent hazırlanmasında AI alətlərindən effektiv istifadə bacarığı Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət bacarığı Rus və ya ingilis dili biliyi üstünlükdür Agentlik təcrübəsinin olması üstünlükdür Hazırladığı kontent və həyata keçirdiyi reklam kampaniyalarından nümunələr təqdim edə bilməsi üstünlükdür Rəqəmsal marketinq sahəsində yenilikləri və trendləri izləmək, yeni alət və yanaşmaları tətbiq etmək bacarığı Dinamik iş mühitində işləmək, bir neçə tapşırığı paralel idarə etmək və nəticəyə fokuslanmaq bacarığı Məsuliyyətli, təşəbbüskar və komanda ilə işləmə bacarığı Tapşırıqların və iş proseslərinin idarə edilməsi üçün istifadə olunan proqramlarla (Trello, Asana, Jira və s.) işləmək bacarığı Biz nə təklif edirik? Gənc, dinamik və peşəkar kollektivdə işləmək imkanı Şəhər mərkəzində iş yeri Əmək haqqı: namizədin bilik və bacarıqlarına əsasən müəyyən ediləcək İş vaxtı Həftə içi 5 gün, 09:00-18:00 Müraciət qaydası Əgər bilik və bacarıqlarınıza güvənir, həmçinin innovativ startapda yer almaq istəyirsinizsə, CV-nizi mail-in mövzu hissəsinə “Rəqəmsal Marketinq mütəxəssisi” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.