Vakansiya haqqında
Riçtrak sürücüsü tələb olunur.
Təsvir
Şöbədən daxil olan sifarişlərə uyğun olaraq avtonəqliyyat vasitəsinin fasiləsiz, qəzasız və səmərəli işləməsini, eləcə də düzgün texniki istismarını təmin etmək.
Avtonəqliyyat vasitəsinin təmir və profilaktik işlərində birbaşa iştirak etmək.
Maşının gündəlik istifadəyə hazırlanmasını həyata keçirmək, hissə və qovşaqlarına baxış keçirmək, nasazlıqları vaxtında aşkar edib aradan qaldırmaq və ya onların aradan qaldırılmasını təmin etmək.
Cari və profilaktik təmir işlərinin, həmçinin istismar şərtlərinə uyğun texniki baxışların vaxtında aparılmasına nəzarət etmək.
İstifadə etdiyi avtonəqliyyat vasitəsi üzrə təmir işlərinin vaxtında və keyfiyyətlə görülməsini yaxından izləmək.
Avtonəqliyyat vasitəsinin istismarına dair təlimatlara və qüvvədə olan yol hərəkəti qaydalarının tələblərinə tam riayət etmək.
Əsaslı və ya cari təmir, eləcə də profilaktik işlərdən sonra avtonəqliyyat vasitəsinin qəbulunda bilavasitə iştirak etmək.
Avtonəqliyyat vasitəsinin iş rejimini və xüsusi iş şərtlərini bilmək, bu rejim üzrə istismar və texniki xidmətlərə daim hazır olmaq.
İstifadə etdiyi avtonəqliyyat vasitəsi üçün ehtiyat hissələrinin alınmasına dair sifarişlər hazırlamaq, təmir işlərinə aid texniki sənədləri və iş hesabatlarını tərtib etmək, zəruri ehtiyat hissələri ilə vaxtında təmin olunmasına nail olmaq.
Avtonəqliyyat vasitəsi sıradan çıxdıqda müvafiq aktların və digər sənədlərin hazırlanması və imzalanmasında iştirak etmək.
İstifadə etdiyi avtonəqliyyat vasitəsi üçün Şirkətin təsdiq etdiyi formada yol vərəqələrini və yanacaq alınması üçün kartları vaxtında əldə edib təhvil vermək.
Spidometr göstəricilərini müntəzəm yoxlamaq və qeyd etmək, bu göstəricilərin yol vərəqəsi və yanacaq-sürtkü materiallarının sərfi ilə uyğunluğunu təmin etmək.
Əmək və istehsal intizamına, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarına riayət etmək.
Tələblər
Avtokar idarəsi üçün sertifikat
Vakansiya növü
Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
