Vakansiya haqqında
Anbardar vakansiyası üçün anbar uçotu, 1C proqramı və mal-materialların idarə olunması üzrə təcrübəli namizədlər axtarılır.
Vəzifə öhdəlikləri
Cəmiyyətin elektron proqram təminatında anbara daxil olan və struktur bölmələr üzrə paylanmış bütün mal-materialların uçotunu və hesabatını aparmaq;
Struktur bölmələrdən daxil olan sərfiyyat materialları ilə bağlı müraciətlərin icrasına nəzarət etmək və onların operativ təminatını həyata keçirmək;
Anbarda mövcud olan materialların təsdiqlənmiş müraciətlər əsasında bölmələrə düzgün paylanmasını və bu əməliyyatların elektron sistemdə vaxtında qeydiyyatını təmin etmək;
Gündəlik sifariş müraciətlərini izləmək, bilavasitə rəhbərin təsdiqi əsasında material sifarişlərini hazırlamaq, sifariş siyahılarını məsul şəxsə imzalatdırmaq və materialların təhvil-təslimini həyata keçirmək;
Anbarda olan mal-materialların faktiki mövcudluğunu daimi nəzarətdə saxlamaq, dövri inventarizasiyalar aparmaq və azalan materiallar barədə bilavasitə rəhbəri vaxtında məlumatlandırmaq;
Materialların müəyyən olunmuş saxlama və təhlükəsizlik qaydalarına uyğun qorunmasını təmin etmək;
Materialların gündəlik sərfiyyatına nəzarət etmək və sistem üzrə düzgün uçotunu aparmaq;
Hesabat dövrlərinin sonunda anbarda yaranan fərqlərin səbəblərini araşdırmaq və bu barədə yazılı şəkildə bilavasitə rəhbərliyi və mühasibatlığı məlumatlandırmaq.
İş şəraiti
İş yeri: Lökbatan qəs.
İş qrafiki: 6 günlük iş həftəsi;
Əmək haqqı: 900-1000 AZN (namizədin bilik, bacarıq və təcrübəsinə əsasən təyin olunacaqdır).
Namizədə dair tələblər
Müvafiq sahə üzrə minimum 1–3 il iş təcrübəsi, tikinti və ya istehsalat sahəsində təcrübə arzuolunandır;
Anbar uçotu və elektron proqram təminatı ilə, xüsusilə 1C proqramı ilə işləmək bacarığı (mütləq tələb);
MS Office proqramlarında, o cümlədən MS Word, MS Excel və Outlook-da işləmək bacarığı;
Diqqətlilik, məsuliyyət və operativlik;
Komanda ilə işləmək və riyazi təfəkkür.
Müraciət qaydası
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissəsində “Anbardar” qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
