Vakansiya haqqında
Marketinq direktoru vəzifəsi üzrə peşəkar namizəd axtarılır.
Vəzifə öhdəlikləri
Şirkətin marketinq strategiyasını hazırlamaq və icra etmək;
Qısa və uzunmüddətli marketinq planlarını işləyib tətbiq etmək;
Bazar tendensiyalarını və istehlakçı davranışlarını araşdırmaq, məhsul və xidmətlərin inkişafı ilə bağlı təkliflər vermək;
Marketinq büdcəsini hazırlamaq və səmərəli şəkildə idarə etmək;
SEO/SEM, Google Ads, Facebook, Instagram, Tiktok, LinkedIn və digər platformalarda reklam kampaniyalarını yaratmaq, təhlil etmək və optimallaşdırmaq;
Performansa əsaslanan KPI-ləri müəyyənləşdirmək və izləmək;
Brend mövqeyinin gücləndirilməsi və brend strategiyasının həyata keçirilməsini təmin etmək;
Google Analytics, Hotjar, Yandex.Metrika kimi web analitika alətləri ilə nəticələri təhlil etmək;
Satış komandası ilə birlikdə marketinq kampaniyalarını hazırlamaq və həyata keçirmək;
Müştəri seqmentlərini müəyyənləşdirmək və CRM sistemləri vasitəsilə müştəri bazasını inkişaf etdirmək;
Marketinq layihələrinin effektivliyini qiymətləndirmək üçün dövri hesabatlar hazırlamaq;
Komandanı idarə etmək, motivasiya etmək və inkişaf planlarını hazırlamaq;
PR təşəbbüslərini, media əməkdaşlıqlarını və korporativ tədbirləri təşkil etmək;
Marketinq, media və PR agentlikləri ilə əməkdaşlığı idarə etmək;
Rəqiblərin fəaliyyətini və bazar tendensiyalarını davamlı izləmək və təhlil etmək.
Kvalifikasiya tələbləri
Təhsil: Ali təhsil (müvafiq sahə üzrə)
İş təcrübəsi
Marketinq sahəsində 6 il iş təcrübəsi;
Marketinq meneceri kimi 3 il iş təcrübəsi.
Tələb olunan bilik və bacarıqlar
Rəqəmsal marketinq kanallarının idarə olunması (SEO, SEM, SMM, E-mail marketing və s.);
Google Ads, Meta Ads, Tiktok Ads, LinkedIn Ads və analitika alətləri ilə işləmək bacarığı;
SEO/SEM, sosial media, reklam və kontent marketinqi sahələrində dərin biliklər;
Brend idarəçiliyi və bazar mövqeyinin formalaşdırılması üzrə biliklər;
Yaradıcılıq, təşəbbüskarlıq və qərarvermə bacarığı;
Strateji düşünmə və analitika bacarığı;
Layihələrin idarə edilməsi bacarığı;
Komandada işləmək və qarşılıqlı əməkdaşlıq bacarığı;
Effektiv kommunikasiya bacarığı;
Problemləri operativ və nəticəyönümlü şəkildə həll etmək bacarığı;
Hesabatlılıq və təqdimat hazırlamaq bacarığı;
Azərbaycan dilində səlis yazılı və şifahi nitq; ingilis və rus dillərinin bilinməsi üstünlükdür.
Təklif edirik
Əmək haqqı: 2000 – 3000 AZN + satış nəticələrinə və KPI göstəricilərinə uyğun əlavə bonuslar;
İş qrafiki: 09:00 - 18:00;
Nahar şirkət tərəfindən təmin edilir;
Gənc və peşəkar komanda ilə dinamik iş mühiti.
Tələblərə cavab verən namizədlər “Marketinq direktoru” başlığı ilə CV və portfellərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
