Vakansiya haqqında
Bakı üzrə qrafik dizayner vakansiyasında brendə uyğun vizual materialların hazırlanması və digital dizayn işləri həyata keçirilir.
Vəzifə öhdəlikləri
Şirkət layihələri üçün təsdiqlənmiş brend üslubuna və kommunikasiya strategiyasına uyğun vizual materialların hazırlanması;
Sosial media üçün post, story, banner və digər digital vizualların dizayn edilməsi;
Digital reklam kampaniyaları üçün müxtəlif ölçü və formatlarda bannerlərin və kreativlərin hazırlanması;
Reklam kampaniyaları, aksiyalar və xüsusi layihələr üçün yaradıcı vizual konsepsiyaların işlənməsi;
Çap üçün buklet, flayer, kataloq, poster, banner, roll-up, billboard və digər reklam materiallarının dizaynının hazırlanması;
Təqdimatlar və digər korporativ materiallar üçün vizual tərtibatın hazırlanması;
Mövcud dizaynların müxtəlif reklam kanalları, formatlar və ölçülərə uyğunlaşdırılması;
Fotoşəkillərin işlənməsi, retuşu və rəng korreksiyasının aparılması;
Çap üçün nəzərdə tutulan dizayn fayllarının texniki tələblərə uyğun hazırlanaraq çapa verilməsi;
Hazırlanan materialların brendbook və şirkətin müəyyən edilmiş vizual standartlarına uyğunluğunun təmin edilməsi;
Bütün kommunikasiya kanallarında vahid vizual üslubun qorunmasına nəzarət edilməsi;
Content Manager və digər aidiyyəti əməkdaşlarla koordinasiyalı şəkildə işləmək;
Kontent planı və reklam kampaniyalarının qrafikinə əsasən dizayn materiallarının vaxtında hazırlanmasını təmin etmək;
Yeni dizayn trendlərini, vizual kommunikasiya yanaşmalarını və rəqəmsal platformalardakı yenilikləri izləmək, uyğun həlləri layihələrdə tətbiq etmək;
Eyni vaxtda bir neçə layihə üzrə dizayn işlərini idarə etmək və son tarixlərə riayət etmək;
Hazırlanmış dizayn fayllarının sistemli arxivləşdirilməsini və strukturlaşdırılmış şəkildə saxlanılmasını təmin etmək;
Brendbukların hazırlanması, mövcud brendbukların yenilənməsi və brendin vizual standartlarının sistemləşdirilməsi.
İş şəraiti
Bakı şəhəri;
5 günlük iş həftəsi, iş saatları 09:00 – 18:00;
Əmək haqqı: 1600-2000 AZN, namizədin bilik, bacarıq və təcrübəsinə əsasən müəyyən edilir.
Namizədə dair tələblər
Ali təhsil;
Qrafik dizayn sahəsində minimum 2 il iş təcrübəsi;
Adobe Photoshop və Adobe Illustrator proqramlarında sərbəst işləmək bacarığı;
Adobe InDesign və digər dizayn proqramlarını bilmək üstünlükdür;
Sosial media və digital reklam formatları üzrə dizayn prinsiplərini bilmək;
Sadə animasiya və motion dizayn proqramlarında işləmək bacarığı üstünlükdür;
Çap materiallarının hazırlanması və çapa hazırlıq prosesləri barədə bilik;
Kompozisiya, tipoqrafiya, rəng nəzəriyyəsi və vizual iyerarxiya prinsipləri üzrə bilik;
Kreativ düşüncə və verilmiş brif əsasında fərqli vizual həllər təqdim etmək bacarığı;
Brendbook və müəyyən edilmiş vizual standartlarla işləmək bacarığı;
Detallara diqqət, yüksək məsuliyyət və işlərin vaxtında təhvil verilməsi bacarığı;
Portfolionun seçim mərhələsində təqdim edilməsi mütləqdir.
Müraciət qaydası
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsində “Qrafik dizayner” qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
