Vakansiya haqqında
Kontent menecer/kopirayter vəzifəsi üzrə yaradıcı, dəqiq və brend üslubuna uyğun məzmun hazırlaya biləcək namizəd axtarılır.
Vəzifə öhdəlikləri
Şirkət layihələri üçün hazırlanan mətnləri yoxlamaq və redaktə etmək, dil, üslub və məna baxımından düzgünlüyünü təmin etmək;
Sosial media, reklam kampaniyaları, veb-sayt, təqdimatlar və digər kommunikasiya kanalları üçün mətnlər hazırlamaq;
Sosial media paylaşımları, Reels və digər video formatlar üçün kontent ideyaları və ssenarilər hazırlamaq;
Layihələrin kommunikasiya strategiyasına və brend üslubuna uyğun kontentin hazırlanmasını təmin etmək;
Kontent planı hazırlamaq və plana uyğun materialların vaxtında paylaşılmasına nəzarət etmək;
Hazırlanmış kontent və ssenarilər əsasında foto və video çəkilişləri planlaşdırmaq və koordinasiya etmək;
Çəkilişlər üçün texniki tapşırıqlar, ssenarilər, kadr planları və digər zəruri materialları hazırlamaq;
Fotoqraf, videoqraf, prodakşn komandası, modellər və digər çəkiliş iştirakçıları ilə işin koordinasiyasını aparmaq;
Çəkiliş zamanı materialların təsdiq edilmiş ssenariyə və kontent konsepsiyasına uyğunluğuna nəzarət etmək;
Çəkiliş nəticəsində əldə olunan foto və video materialları ilkin yoxlamaq, uyğun materialları seçmək və zəruri düzəlişləri bildirmək;
Video materialların montajdan sonrakı versiyalarını mətn, kadr ardıcıllığı və ümumi kommunikasiya baxımından yoxlamaq;
Reklam materiallarında istifadə olunan başlıqları, sloqanları və digər mətnləri hazırlamaq və redaktə etmək;
Kontentin Azərbaycan dilində qrammatik, leksik və üslubi baxımdan düzgünlüyünü təmin etmək;
Bütün kommunikasiya materiallarında vahid brend dilinin və üslubunun qorunmasına nəzarət etmək;
Qrafik dizayner, rəqəmsal komanda, targetoloq və digər aidiyyəti əməkdaşlarla koordinasiyalı şəkildə işləyərək kontentin vaxtında və müəyyən edilmiş standartlara uyğun hazırlanmasını təmin etmək;
Kontent və çəkilişlər üzrə müəyyən edilmiş son tarixlərə nəzarət etmək və işlərin vaxtında tamamlanmasını təmin etmək.
İş şəraiti
Bakı şəhəri;
5 günlük iş həftəsi (09:00 – 18:00);
Əmək haqqı: 1200-1500 AZN (namizədin bilik, bacarıq və təcrübəsinə əsasən müəyyən edilir).
Namizədə dair tələblər
Ali təhsil;
Kontent yaradılması və kopiraytinq sahəsində minimum 1 il iş təcrübəsi;
Azərbaycan dilini mükəmməl səviyyədə bilmək, yüksək yazılı nitq və redaktə bacarığı;
Kreativ düşüncə və müxtəlif formatlar üçün kontent ideyaları hazırlamaq bacarığı;
Sosial media platformaları və müasir kontent formatları haqqında bilik;
Komanda və podratçılarla effektiv kommunikasiya və koordinasiya bacarığı;
Eyni zamanda bir neçə layihə üzrə işləmək, prioritetləri düzgün müəyyənləşdirmək və son tarixlərə riayət etmək bacarığı;
Detallara diqqət və yüksək məsuliyyət.
Müraciət qaydası
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissəsində “Kontent menecer/ Kopirayter” qeyd edərək Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
