Vakansiya haqqında
Honours Academy, Honours Language Institute və Honours Coffee üçün video montaj və motion dizayn işlərini həyata keçirəcək Motion Designer / Video Editor axtarılır.
Əsas vəzifələr
Sosial media, reklam kampaniyaları və YouTube üçün həm qısa, həm də uzun videoların montajını aparmaq;
Ekspert çıxışları, müsahibələr, tələbə hekayələri, proqram təqdimatları və tədbir videolarını hazırlamaq;
Video strukturunu, ritmini və vizual ardıcıllığını ssenari və yaradıcı brif əsasında qurmaq;
Mətn animasiyaları, titrlər, lower third, infoqrafika və digər motion elementləri hazırlamaq;
Təhsil və maliyyə mövzularını daha anlaşıqlı edən qrafiklər və animasiyalar yaratmaq;
Rəng korreksiyası aparmaq, səs səviyyələrini tənzimləmək və səs qüsurlarını aradan qaldırmaq;
Subtitrləri hazırlamaq, onların oxunaqlılığını və görüntü ilə uyğunluğunu təmin etmək;
Musiqi və səs effektlərini video məqsədinə və brend üslubuna uyğun seçmək;
Videoları şaquli, üfüqi və tələb olunan digər formatlara uyğunlaşdırmaq;
Uzun videolardan qısa fraqmentlər və reklam versiyaları hazırlamaq;
Təkrarlanan kontent formatları üçün istifadə oluna bilən motion şablonları yaratmaq;
Content Strategist & Creative Producer, SMM mütəxəssisləri və qrafik dizaynerlə koordinasiyalı işləmək;
Geribildirim əsasında düzəlişləri tətbiq etmək və materialları razılaşdırılmış müddətdə təhvil vermək;
Layihə fayllarını, istifadə olunan materialları və yekun versiyaları sistemli şəkildə saxlamaq.
Namizədə tələblər
Video montaj və motion dizayn üzrə praktik təcrübə;
Adobe Premiere Pro və Adobe After Effects proqramlarında sərbəst işləmək bacarığı;
Kompozisiya, tipoqrafiya, rəng və animasiya prinsipləri üzrə bilik;
Videonun ilk saniyələrində maraq yaratmaq, məzmunun aydınlığını və izləmə tempini qorumaq bacarığı;
Həm dinamik sosial media videoları, həm də təmkinli və peşəkar təqdimatlar hazırlamaq bacarığı;
Səs emalı və rəng korreksiyası üzrə praktik bilik;
Azərbaycan dilində subtitr və ekranda göstərilən mətnlərdə səhvləri müəyyən etmək bacarığı;
Hazır şablonları brendə uyğunlaşdırmaqla yanaşı, fərdi motion elementlər hazırlamaq bacarığı;
Musiqi, şrift və digər materialların istifadə hüquqlarına diqqət etmək;
Briflə işləmək, geribildirimi tətbiq etmək və son tarixlərə riayət etmək;
Montaj və motion dizayn bacarıqlarını göstərən portfolio və ya showreel.
Üstünlük veriləcək
YouTube müsahibələri və çoxkameralı çəkilişlərin montajı üzrə təcrübəyə;
Adobe Photoshop və Illustrator proqramlarında işləmək bacarığına;
AI alətlərindən video istehsalına dəstək məqsədilə istifadə təcrübəsinə;
ClickUp və ya oxşar layihə idarəetmə alətləri ilə tanışlığa.
Komandada iş bölgüsü
Kontent strategiyası və yaradıcı istiqamət Content Strategist & Creative Producer tərəfindən müəyyən edilir;
Çəkilişləri SMM mütəxəssisləri həyata keçirir;
Motion Designer / Video Editor təqdim edilmiş materialların montajına, animasiyasına və texniki cəhətdən keyfiyyətli yekun versiyasına cavabdehdir;
Çəkilişdən əvvəl görüntü və səs materiallarına dair texniki ehtiyacları komandaya bildirir;
Vəzifə birbaşa Marketing Lead-ə tabedir.
İş qrafiki
Həftədə 5 iş günü və 2 istirahət günü;
Əsas iş saatları: 10:00–19:00;
İş və istirahət günləri çəkiliş, tədbir və layihə planına uyğun müəyyən edilir, şənbə və bazar günləri iş günü ola bilər, bu halda istirahət günləri həftəiçinə təyin edilir;
Çəkiliş və tədbirlərin vaxtından asılı olaraq iş saatlarında dəyişiklik edilə bilər, qrafik və dəyişikliklər əməkdaşla əvvəlcədən paylaşılır.
Əməkhaqqı
Əməkhaqqı namizədin bilik, bacarıq və təcrübəsinə əsasən qarşılıqlı razılaşma əsasında müəyyən ediləcəkdir.
Müraciət qaydası
CV, qısa motivasiya məktubu və portfolio/showreel linkinizi mövzu hissəsində “Motion Designer / Video Editor” qeyd edərək Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərin.
Portfolioda təqdim etdiyiniz işlərdə montaj, animasiya, səs emalı və rəng korreksiyası üzrə şəxsi rolunuzu qısa şəkildə qeyd edin.
Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
