Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

STP / Sumqayıt Texnologiyalar Parkı MMC

Baş hüquqşünas

SumqayıtMənbə: Vezife.az

Vakansiya haqqında

Baş hüquqşünas vəzifəsinə məhkəmə, icra prosesləri və hüquqi sənədləşmənin düzgün idarə olunması işləri daxildir. Namizədə tələblər Bölmə Meneceri və Departament direktoru tərəfindən verilən tapşırıqların vaxtında və düzgün icra olunmasını təmin etmək. Əsas vəzifə öhdəlikləri Cəmiyyətin maraqlarını dövlət orqanlarında, prokurorluqda, hüquq-mühafizə və təhqiqat qurumlarında, istintaq, vergi, gömrük və daxili işlər orqanlarında, həmçinin məhkəmələrdə və mediasiya təşkilatlarında təmsil etmək və qanuni mənafelərini qorumaq; Pretenziya, iddia ərizəsi, apellyasiya və kassasiya şikayəti, barışıq sazişi, etiraz, vəsatət, mülahizə, arayış, hüquqi rəy, məktub, təqdimat, yazılı müraciət, sorğu, ərizə, şikayət və digər sənədləri hazırlamaq və imzalamaq; İcra işlərinin təmin edilməsi üçün icra prosesinə və aylıq ödənişlərə nəzarət etmək, borclunun adına olan əmlak və digər gəlirlərin müəyyənləşdirilməsi məqsədilə icra məmurları tərəfindən müvafiq sorğuların verilməsini təmin etmək; Məhkəmə və icra işlərinin uçotunu aparmaq, hesabat hazırlamaq və məlumatları mütəmadi şəkildə yeniləmək; Borcluların ödənişləri vaxtında və müəyyən edilmiş qaydada yerinə yetirməsi üçün müvafiq tədbirlər görmək; Bölməyə həvalə olunmuş öhdəliklərin, vəzifələrin və fəaliyyətlə bağlı digər məsələlərin icrasına nəzarət etmək, zəruri dəstəyi göstərmək; Qanunvericilikdə baş verən dəyişiklikləri izləmək və Qrupun fəaliyyət istiqamətləri üzrə şirkətin struktur bölmələrinə hüquqi məsləhət, eləcə də hüquqi dəstək vermək. Müraciət Maraqlanan namizədlər Müraciət et düyməsində göstərilən link vasitəsilə müraciət edə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.