Vakansiya haqqında
Honours Academy Bakı komandası üçün HR Assistant / Career Coach axtarır.
Əsas vəzifələr
Tələbə və məzunlarla fərdi karyera görüşlərinin aparılması;
Namizədlərin uyğun vakansiya və karyera istiqamətlərinə yönləndirilməsi;
CV, LinkedIn və müsahibə hazırlığı üzrə dəstəyin göstərilməsi;
Partnyor şirkətlərdən daxil olan vakansiyalar üzrə uyğun namizədlərin seçilməsi və yönləndirilməsi;
Namizəd və şirkət arasında müsahibə və seçim prosesinin koordinasiya edilməsi;
Talent bazasının və məlumatların mütəmadi yenilənməsi;
Şirkətlərlə HR və recruitment istiqamətində B2B kommunikasiyaya dəstək verilməsi;
Lazım olduqda daxili recruitment və onboarding proseslərinə yardım göstərilməsi.
Tələblər
HR, recruitment, career services, talent acquisition və ya müştəri əlaqələri sahəsində təcrübə üstünlükdür;
İnsanları və vakansiya tələblərini təhlil edib doğru uyğunlaşdırmaq bacarığı;
CV və LinkedIn profillərinin qiymətləndirilməsi ilə bağlı anlayış;
Güclü ünsiyyət və follow-up bacarığı;
Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət;
İngilis dili biliyi üstünlükdür;
AI alətlərindən CV analizi, job matching, research və interview preparation üçün praktiki istifadə bacarığı;
HR, biznes, psixologiya və ya uyğun sahə üzrə təhsil üstünlükdür.
İş formatı
Full-time
Həftədə 6 günlük iş qrafiki
Həftəiçi 1 istirahət günü müəyyən olunur
Tədbir və xüsusi layihələrin vaxtından asılı olaraq iş saatlarında dəyişiklik ola bilər; qrafik və dəyişikliklər əvvəlcədən əməkdaşla paylaşılır.
Əməkhaqqı
Namizədin bilik, bacarıq və təcrübəsinə əsasən qarşılıqlı razılaşma ilə müəyyən ediləcək.
Müraciət qaydası
CV və qısa motivasiya məktubunuzu mövzu hissəsində “HR Assistant / Career Coach” qeyd edərək Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərsiniz.
Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
