Vakansiya haqqında
Şabran və Qusar üzrə meyvə bağlarında aqronom vakansiyası üzrə iş imkanı təqdim olunur.
Vəzifə öhdəlikləri
Meyvə bağlarında aqrotexniki işlərin planlaşdırılması, icrası və icraya nəzarət;
Bitkilərin inkişaf vəziyyətinin mütəmadi izlənilməsi;
Suvarma, gübrələmə, budama və bitki mühafizəsi tədbirlərinin təşkili;
Xəstəlik və zərərvericilərin vaxtında müəyyən edilməsi və onlara qarşı mübarizə tədbirlərinin görülməsi;
Məhsuldarlığın və məhsul keyfiyyətinin yüksəldilməsi üçün təkliflərin hazırlanması;
Görülən işlər və bağların vəziyyəti barədə hesabatların təqdim edilməsi;
Sahə işçilərinin fəaliyyətinin əlaqələndirilməsi və iş prosesinə nəzarət;
Bağın cari və uzunmüddətli məhsuldarlığının təmin edilməsi üçün bütün zəruri aqrotexniki tədbirlərin və vəzifə funksiyalarının vaxtında və keyfiyyətlə yerinə yetirilməsi;
Rəhbərliyin tapşırığı əsasında digər işlərin icrası.
Namizədə tələblər
Aqronomluq və ya kənd təsərrüfatı sahəsi üzrə ali və ya peşə ixtisas təhsili;
Meyvəçilik və bağçılıq sahəsində azı 5 il iş təcrübəsi, Quba və Xaçmaz rayonlarında təcrübəsi olan namizədlərə üstünlük verilir;
Müasir aqrotexniki üsullar, gübrələmə, suvarma və bitki mühafizəsi üzrə biliklər;
Şabran və Qusar rayonlarında işləmək və mütəmadi olaraq təsərrüfat sahələrində olmaq imkanı;
Məsuliyyətlilik, təşkilatçılıq və komandada işləmək bacarığı.
Şirkət tərəfindən təmin edilir
Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun əmək müqaviləsi;
Qida təminatı;
Mobil rabitə təminatı;
Stabil və uzunmüddətli iş imkanı;
Əməkhaqqı namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə əsasında müəyyən edilir.
Müraciət qaydası
Maraqlanan namizədlər mövzu hissəsində “Aqronom” qeyd etməklə CV-lərini Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
