Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Azersun Holding

Marketinq üzrə şöbə müdiri

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Bakıda marketinq üzrə şöbə müdiri vəzifəsi üçün təcrübəli, analitik və güclü kommunikasiya bacarıqlarına malik namizəd axtarılır. Vəzifəyə tələblər Marketinq, Biznesin idarə edilməsi və ya əlaqəli ixtisas üzrə ali təhsil; Marketinq sahəsində ən azı 3-5 il iş təcrübəsi; Reklam, digital marketinq, sosial media və brend kommunikasiya sahələrində praktiki biliklər; Media və reklam agentlikləri ilə iş təcrübəsi; MS Office proqramlarında, xüsusilə Excel və PowerPoint-də sərbəst işləmək bacarığı; Analitik düşünmə və hesabat hazırlama qabiliyyəti; Eyni vaxtda bir neçə layihəni idarə etmək və prioritetləşdirmək bacarığı; Güclü kommunikasiya, koordinasiya və danışıqlar aparmaq bacarıqları; Azərbaycan dilini mükəmməl, rus və/və ya ingilis dilini yaxşı səviyyədə bilmək. Vəzifə öhdəlikləri İllik marketinq planına uyğun nəzərdə tutulan fəaliyyətlərin icrasında iştirak etmək; Reklam və marketinq kampaniyalarının hazırlanması və həyata keçirilməsini əlaqələndirmək; TV, radio, onlayn media, outdoor və digər reklam kanallarında yerləşdirmələrin təşkilini təmin etmək; Sosial media və rəqəmsal kommunikasiya fəaliyyətlərinin icrasını koordinasiya etmək; Reklam mətnləri, vizuallar, video materiallar və digər marketinq kontentlərinin hazırlanması prosesində iştirak etmək; Reklam və kreativ agentliklər, media şirkətləri, çap evləri və digər tərəfdaşlarla gündəlik işləri əlaqələndirmək; Kampaniyalar üçün media planların hazırlanmasında iştirak etmək və yerləşdirmələrin plana uyğun icrasına nəzarət etmək; Şirkətin məhsul və xidmətləri üzrə promo aksiyaların, tədbirlərin və digər marketinq aktivliklərinin təşkilində iştirak etmək; Brend standartlarının reklam və kommunikasiya materiallarında düzgün tətbiqinə nəzarət etmək; Bazar, rəqiblər, qiymətlər, kampaniyalar və müştəri davranışları ilə bağlı məlumat toplamaq və təhlil aparmaq; Marketinq kampaniyalarının nəticələrini reach, engagement, lead, conversion və digər göstəricilər üzrə izləmək; Marketinq xərclərinin və büdcə istifadəsinin uçotunu aparmaq, plan-fakt müqayisələrini hazırlamaq; Marketinq fəaliyyəti üzrə həftəlik, aylıq və kampaniya əsaslı hesabatlar hazırlamaq; Satış, PR, dizayn, digital və digər aidiyyəti komandalarla marketinq layihələrinin icrasını koordinasiya etmək; Yeni marketinq və kommunikasiya imkanları ilə bağlı araşdırmalar aparmaq və təkliflər təqdim etmək; Rəhbərlik tərəfindən verilən marketinq yönümlü digər tapşırıqları icra etmək. İş vaxtının norması Həftə içi 5 gün 09:00-18:00 Müraciət qaydası Tələblərə uyğun olduğunuz halda CV-nizi Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərsiniz. Email-in mövzu hissəsində “Marketinq üzrə şöbə müdiri” qeyd olunması xahiş edilir.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.