Vakansiya haqqında
HR manager (recruiter) vakansiyası üçün insan resursları və işə qəbul üzrə təcrübəli namizəd axtarılır.
İş barədə məlumat
Şirkətin insan resursları ehtiyaclarını müəyyənləşdirmək və uyğun işə qəbul yanaşmasını həyata keçirmək;
Headhunting üsulu ilə bazarda uyğun və yüksək potensiallı namizədləri cəlb etmək;
Aktiv vakansiyaları müvafiq platformalarda paylaşmaq və daxil olan müraciətləri dəyərləndirmək;
Namizədlərlə onlayn və əyani müsahibələri təşkil etmək və aparmaq;
Vakansiyalara uyğun qiymətləndirmə testlərini hazırlamaq və tətbiq etmək;
Daxili komanda üzvlərinin loyallığını və məmnuniyyətini artırmağa yönəlmiş təşəbbüsləri həyata keçirmək;
Team building tədbirlərini təşkil etmək və komanda ruhunun güclənməsinə dəstək vermək;
Employee Branding istiqamətində layihə və tədbirləri həyata keçirmək;
Internship proqramlarının təşkili və idarə olunmasını təmin etmək.
Qeyd: Kadr kargüzarlığı və sənədləşmə işləri outsource tərəfdaş şirkət tərəfindən həyata keçirildiyi üçün bu vəzifənin öhdəliklərinə daxil deyil.
İş şəraiti
İş yeri: Elmlər metrosunun yaxınlığında yerləşən innovativ iş mühiti;
Korporativ nömrə, mobil telefon və MacBook ilə təmin olunma;
İş qrafiki: həftədə 6 iş günü, 09:00–18:00; şənbə günü qısaldılmış iş rejimi;
Mehriban, dinamik və inkişafyönümlü komanda;
Peşəkar inkişaf və vəzifə artımı imkanları;
Əmək haqqı: 1000 AZN (gross).
Namizədə dair tələblər
İnsan Resursları sahəsində minimum 2 il iş təcrübəsi;
Karyerasını uzunmüddətli perspektivdə İnsan Resursları sahəsində inkişaf etdirmək istəyi;
Səlis və aydın kommunikasiya bacarığı;
Ali təhsil;
İngilis dili biliyi;
Təşkilatçılıq və komanda ilə işləmək bacarığı.
Müraciət qaydası
Vakansiya ilə maraqlanan namizədlərdən fotoşəkilli CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına, mövzu hissəsində “HR Manager (Recruiter)” qeyd etməklə göndərmələri xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
