Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Pizza Mizza

Briqada üzvü (kassa üzrə)

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Pizza Mizza MMC Bakı üçün kassa üzrə briqada üzvü axtarır. Vəzifə öhdəlikləri Kassa əməliyyatları və ödənişlər Qonaqları səmimi qarşılamaq, menyu ilə bağlı dolğun məlumat vermək və sifarişləri kassa / POS sisteminə dərhal və dəqiq daxil etmək Nağd, nağdsız (bank kartları) və online sifariş ödənişlərini təlimatlara uyğun şəkildə qəbul etmək Qəbzlərin qonaqlara vaxtında təqdim olunmasını təmin etmək Növbənin əvvəlində və sonunda kassa balansını yoxlamaq, kassa hesabatlarını düzgün hazırlamaq və Növbə Menecerinə təhvil vermək Satış və müştəri məmnuniyyəti Yeni məhsulları, promo-aksiyaları və xüsusi təklifləri qonaqlara fəal şəkildə təqdim etmək Upselling və Cross-selling üsullarından istifadə edərək orta çeki artırmaq Qonaqların suallarını operativ cavablandırmaq, şikayət və anlaşılmazlıqları sakit şəkildə dinləyib həlli üçün dərhal Növbə Menecerinə məlumat vermək Məsuliyyət, intizam və təhlükəsizlik Kassa zonasının, avadanlıqların və masaüstü materialların daim səliqəli və təmiz saxlanmasını təmin etmək Maliyyə intizamına, daxili prosedurlara və nağd pul vasitələri ilə iş qaydalarına tam əməl etmək Şəxsi gigiyena, uniforma və xidmət standartlarına ciddi riayət etmək Tələblər Təhsil: orta və ya ali Yaş həddi: 18–35 Riyazi hesablama qabiliyyəti, diqqətlilik və məsuliyyətlilik Gülərüzlük, ünsiyyətcillik və operativ işləmək bacarığı Komandada işləmək həvəsi və çevik öyrənmə qabiliyyəti Kassa / POS sistemləri ilə iş təcrübəsi arzuolunandır, təlimlər keçirilir Karyera yüksəlişinə maraq və inkişaf istəyi İş şəraiti və üstünlüklər Rəsmiləşdirmə: Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun İş qrafiki: 6 günlük, növbəli Əməkhaqqı: 500 AZN net + əlavə iş saatlarına görə ödəniş Qidalanma: şirkət tərəfindən nahar təmin edilir Karyera imkanları: pulsuz peşəkar təlimlər, gənc və dinamik kollektivdə sürətli karyera artımı Müraciət qaydası Maraqlanan şəxslər 077-438-14-15 əlaqə nömrəsinə yazaraq və ya Müraciət et düyməsində göstərilən link vasitəsilə müraciət edə, vəzifə adını qeyd edə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.