Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Azersun Holding

Baytar həkim

KürdəmirMənbə: Vezife.az

Vakansiya haqqında

Kürdəmirdə baytar həkim vakansiyası üzrə heyvan sağlamlığına nəzarət, vaksinasiyalar və müalicə üzrə təcrübəli mütəxəssis axtarılır. Vəzifəyə tələblər Əlaqəli sahə üzrə ali təhsil; Minimum 3 il iş təcrübəsi; Analitik düşüncə qabiliyyəti olmalı, vəziyyəti düzgün qiymətləndirməyi və vaxtında doğru qərar verməyi bacarmalıdır. Vəzifə öhdəlikləri Heyvanların vaksinasiyasını sistemli şəkildə və müəyyən olunmuş qrafik əsasında həyata keçirmək; Heyvanların sağlamlıq vəziyyətini hər gün yoxlamaq və daimi nəzarətdə saxlamaq; Xəstə heyvanların baxımını və müalicəsini icra etmək; Heyvanları xəstəliklərdən qorumaq üçün qabaqlayıcı tədbirlər görmək; Xəstəliklərin yaranma səbəblərini araşdırmaq və uyğun tədbirləri həyata keçirmək; Xəstəliklərin, aparılan müalicələrin və vaksinasiyaların uçotunu və qeydiyyatını düzgün aparmaq; Xəstəliyin yemləmə ilə əlaqəli olduğu müəyyən edildikdə, zootexniklə məsləhətləşərək heyvanlar üçün yeni rasionların hazırlanmasını təmin etmək; Xəstə heyvanlar üçün karantin rejiminə və müvafiq baytarlıq tələblərinə əməl olunmasına nəzarət etmək; Heyvanların doğuş proseslərini həyata keçirmək, doğuşdan əvvəl və doğuşdan sonra müvafiq baytarlıq xidmətlərini və müalicə tədbirlərini yerinə yetirmək. İş vaxtının norması 6 günlük iş rejimi; İstirahət günü: Bazar günü. Əməkhaqqı və üstünlüklər Əmək haqqı: Razılaşma yolu ilə; Nahar şirkət tərəfindən təmin olunur. İş yeri və müraciət qaydası İş yeri Kürdəmir rayonudur. Tələblərə uyğun olduğunuz halda CV-nizi Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərsiniz. Email-in mövzu hissəsində “Baytar həkim (Kürdəmir)” qeyd olunması xahiş edilir.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.