Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Zarat Import Export

Hüquqşünas

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Hüquqi bilikləri güclü, analitik yanaşmalı və peşəkar əməkdaş axtarırıq. Vəzifə öhdəlikləri Şirkətin hüquqi fəaliyyətinin düzgün və vaxtında təmin olunması; Müqavilələrin hazırlanması, hüquqi ekspertizadan keçirilməsi və razılaşdırılması; Əmək hüququ, mülki hüquq, kommersiya hüququ və digər hüquqi məsələlər üzrə dəstəyin verilməsi; Şirkətin hüquqlarının və qanuni maraqlarının qorunması; Rəsmi məktubların, ərizələrin, sorğuların və digər hüquqi sənədlərin tərtib edilməsi; Dövlət qurumları və digər təşkilatlarla hüquqi məsələlər üzrə yazışmaların aparılması; Məhkəmə və digər hüquqi proseslərdə şirkətin maraqlarının təmsil olunması; Gömrük, idxal və ixrac əməliyyatları ilə bağlı hüquqi məsələlərin araşdırılması; Hüquqi risklərin müəyyən edilməsi və rəhbərliyə müvafiq təkliflərin verilməsi. Tələblər Hüquq sahəsi üzrə ali təhsil; Hüquqşünas kimi minimum 5 il iş təcrübəsi; Azərbaycan Respublikasının qanunvericiliyini yaxşı bilmək; Müqavilə hüququ və əmək qanunvericiliyi üzrə biliklərə sahib olmaq; Hüquqi sənədlərin hazırlanması və təhlili bacarığı; Analitik düşüncə tərzi və yüksək məsuliyyətlilik; Azərbaycan dilində səlis danışıq, rus və ingilis dili bilikləri üstünlükdür; MS Office proqramlarında işləmək bacarığı; Prokurorluq orqanlarında çalışmış və təqaüdə çıxmış namizədlərə üstünlük veriləcək. İş şəraiti İş yeri: Bakı İş qrafiki: 6 günlük Əmək haqqı: Müsahibə zamanı müəyyən edilir Müraciət qaydası CV-nizi müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyiniz və mövzu hissəsində “Hüquqşünas” yazmağınız xahiş olunur.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.