Vakansiya haqqında
Bakıda İnsan resurslarının idarə edilməsi üzrə mütəxəssis vakansiyası üzrə kadr işi, ƏMAS və əmək münasibətləri sahəsində peşəkar əməkdaş axtarılır.
Vəzifə üzrə əsas öhdəliklər
Əmək qanunvericiliyinin tələblərinə uyğun şəkildə işə qəbul, vəzifə dəyişiklikləri, əməkhaqqı dəyişiklikləri və işdən azad etmə proseslərini həyata keçirmək;
İşçilərin şəxsi işlərini və digər kadr sənədlərini düzgün formada tərtib etmək və sistemləşdirmək;
Əmək münasibətləri ilə bağlı sənədləri hazırlamaq və rəsmiləşdirmək, o cümlədən məzuniyyət, kompensasiya, mükafat və digər müvafiq məsələlər üzrə sənədləşməni aparmaq;
İşçilərin müraciətləri əsasında arayışların və digər lazımi sənədlərin hazırlanmasını və təqdim olunmasını təmin etmək;
Müxtəlif işə qəbul kanalları vasitəsilə vakansiyaları yerləşdirmək, namizəd axtarışı və cəlbini həyata keçirmək, müsahibə prosesini təşkil etmək və əlaqələndirmək;
İnsan resursları üzrə cari və perspektiv planların, hesabatların hazırlanmasında iştirak etmək;
Məzuniyyət qrafiklərini tərtib etmək, məzuniyyət uçotunu aparmaq və təsdiqlənmiş qrafikə uyğun istifadəyə nəzarət etmək;
Əməkhaqqı, məzuniyyət, son haqq-hesab və digər ödənişlərin hesablanması prosesinə dəstək göstərmək;
Əməkhaqqı kartlarının sifarişi və bank proseslərinin icrasını təmin etmək;
ƏMAS platformasında əmək müqavilələrinin və müvafiq əmrlərin hazırlanmasını həyata keçirmək.
Namizədə tələblər
Ali təhsil;
İnsan resursları sahəsində minimum 1 il iş təcrübəsi;
Azərbaycan Respublikasının Əmək Qanunvericiliyi, ƏMAS-dan istifadə, kadr işinin təşkili, sənədləşmə və hesabatların hazırlanması üzrə biliklər;
MS Office proqramlarında sərbəst işləmək bacarığı;
Komanda yönümlü yanaşma və əməkdaşlıq bacarığı.
Əlavə üstünlük
Namizədin universitetə qəbul balının yüksək olması.
İş şəraiti
İş qrafiki: həftədə 5 gün, 09:00-18:00;
İstirahət günləri: şənbə və bazar;
Əmək haqqı: 600 - 800 AZN.
Müraciət qaydası
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
