Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Bakı Metropoliteni

Qatar maşinistliyi üzrə peşə təcrübəsi proqramı

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Metropolitenin qatar maşinistliyi üzrə peşə təcrübə proqramına qəbul elan olunur. Proqram sizə nə qazandıracaq? 6 ay davam edən nəzəri və praktiki baxımdan zəngin intensiv təlim; Peşəkar mühitdə real iş təcrübəsi və mentor dəstəyi; Təcrübə müddətində aylıq əmək haqqı; Təcrübənin sonunda daimi işə qəbul imkanı; Nəqliyyat sahəsində uzunmüddətli və sabit karyera inkişafı. Seçim prosesi necə aparılır? İxtisas üzrə test imtahanı; Ətraflı müsahibə; Psixoloji dayanıqlılıq və qərarvermə qabiliyyətini yoxlayan testlər; Sağlamlıq haqqında tibbi arayışın təqdim olunması. Sizi hansı öhdəliklər gözləyir? Qatarların idarə olunması üzrə nəzəri biliklərin mənimsənilməsi, o cümlədən hərəkət mexanizmləri, elektrik sistemləri və idarəetmə prinsipləri; Qatar maşinistinin gündəlik fəaliyyət qaydaları, təhlükəsizlik protokolları və təlimatları ilə tanışlıq; Məlumatların qeydiyyatı, nəzarət cihazlarından istifadə və siqnal sistemlərinin işləmə mexanizminin öyrənilməsi; Praktiki təlimlər çərçivəsində simulyasiya və ya real vəziyyətlərdə maşinist köməkçisi kimi müşahidə və iştirak; Fövqəladə və qəza hallarında davranış qaydalarının öyrənilməsi; Simulyator, qəza oyunları və praktiki məşğələlər vasitəsilə real iş situasiyalarına hazırlıq; Peşəyə uyğun psixoloji və fiziki hazırlıq vərdişlərinin formalaşdırılması. Namizədlərdən tələblərimiz Yaş həddi: 22-35; Ali texniki, orta texniki və ilk peşə ixtisaslı təhsil üstünlükdür; Dəqiq və məsuliyyətli olmaq; Operativlik və yüksək iş intizamı. Metropoliten sizə nə təklif edir? Sabit və etibarlı iş mühiti; Peşəkar komandada inkişaf və karyera imkanları; Metropolitendən ödənişsiz istifadə imkanı; Güzəştli nahar təminatı; Bilgəh Sağlamlıq Mərkəzi və əməkdaşlıq etdiyimiz sanatoriyalarda güzəştli istirahət imkanı; Psixoloji dəstək xidməti. Vakansiyaya müraciət Vakansiyaya müraciət etmək üçün Metropolitenin hr.metro.gov.az portalında qeydiyyatdan keçərək müvafiq vakansiya linki ilə https://hr.metro.gov.az/vacancy/5650 ünvanından müraciətinizi tamamlaya bilərsiniz. Uğurlar!

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.