Vakansiya haqqında
Bakıda Marketinq şöbəsinin rəhbəri vəzifəsi üzrə vakansiya elan olunur.
Əsas vəzifə öhdəlikləri
Şirkətin marketinq strategiyasını və fəaliyyət planını hazırlamaq;
Marketinq büdcəsini formalaşdırmaq və onun səmərəli idarə olunmasını təmin etmək;
SEO, SEM, Google Ads, Facebook, Instagram, TikTok, LinkedIn və digər platformalarda reklam kampaniyaları yaratmaq, təhlil etmək və optimallaşdırmaq;
AI və müasir marketinq alətlərindən istifadə edərək marketinq proseslərinin effektivliyini artırmaq;
Rəqəmsal marketinq kampaniyalarını, o cümlədən social media, performance və e-mail fəaliyyətlərini planlaşdırmaq və idarə etmək;
Bazarı və mövcud rəqabət mühitini təhlil etmək;
Brend mövqeləndirilməsini gücləndirmək və kommunikasiya strategiyasını qurmaq;
Şirkətin xidmətləri ilə bağlı təqdimatlar hazırlamaq və təqdim etmək;
Şirkətin saytına və sosial media hesablarına nəzarət etmək, onların daimi yenilənməsini təmin etmək;
Şirkətin sosial şəbəkələrdə PR fəaliyyətini aparmaq, sosial səhifənin tanınmasını və inkişafını dəstəkləmək;
Xidmət sahələri üzrə satış hədəflərini müəyyənləşdirmək və həmin hədəflərə çatılmasını təmin etmək;
PR təşəbbüslərini, media əməkdaşlıqlarını və korporativ tədbirləri təşkil etmək;
Marketinq komandasını peşəkar şəkildə idarə etmək və kreativ iş mühiti yaratmaq;
Marketinq layihələrinin effektivliyini qiymətləndirmək üçün dövri hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək.
Əsas tələblər
Ali təhsil; Marketinq, İqtisadiyyat və Menecment istiqamətləri üzrə təhsil arzuolunandır;
Marketinq meneceri və ya rəhbər vəzifəsində ən azı 5 il iş təcrübəsi;
Marketinq kommunikasiya kanalları ilə işləmək bacarığı;
Azərbaycan dilini səlis, ingilis dilini mükəmməl bilmək;
Strateji düşünmə və analitik yanaşma bacarığı;
Çevik işləmək bacarığı.
Əmək haqqı və iş qrafiki
Əmək haqqı namizədin bilik və təcrübəsinə uyğun olaraq tərəflər arasında razılaşdırılacaq.
İş qrafiki: 5 iş günü, saat 10:00–19:00.
Müraciət qaydası
Namizədlərdən xahiş olunur ki, CV formalarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərsinlər və mövzu hissəsində mütləq “Marketinq şöbəsinin rəhbəri” yazsınlar.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
