Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

AzerFloat

İstehsalat operatoru (şüşə istehsalı)

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Şüşə istehsalı sahəsində istehsalat operatoru vəzifəsi üzrə işçi axtarılır. Vəzifə öhdəlikləri İsti xətt üzrə: Şüşə əridilən sobada mövcud temperatur və təzyiq göstəricilərinə nəzarət etmək, müşahidələrin nəticəsinə əsasən xammal sərfiyyatı, temperatur və təzyiq üzrə məlumatları mütəmadi şəkildə qeyd etmək Şüşə lentinin qalay vannasında hərəkətinə, eninə və qalınlığına nəzarət etmək Əritmə vannası sexində gedən proseslər üzrə müşahidə aparmaq və qeydlər aparmaq Əritmə vannasında və soyutma sobasında istifadə olunan avadanlıqlara yerində vizual baxış keçirmək İstehsalat xəttində aşkarlanan defektli şüşələrin yaranma səbəbini araşdırmaq Soğuk xətt üzrə: Şüşə lentinin ölçülərə uyğun şəkildə avtomatik kəsilməsini təmin etmək Kəsim parametrlərini, o cümlədən ölçü, sürət, təzyiq və digər göstəriciləri avadanlıqda düzgün qurmaq və nəzarətdə saxlamaq Kəsilmiş şüşələrin keyfiyyətini çıxıntı, çat, qırıq, ölçü uyğunsuzluğu və digər hallara görə vizual yoxlamaq Xətdə baş verən dayanma və nasazlıqlar barədə məsul şəxslərə operativ məlumat vermək Kəsim sahəsində təhlükəsizlik normalarına və daxili qaydalara ciddi əməl etmək Namizədə tələblər Orta ixtisas və ya ali texniki təhsil (kimya, mexanika, elektrotexnika, istehsalat və s.) İstehsalat sahəsində minimum 3 il iş təcrübəsi İstiyə dözümlülük və fiziki işdə çalışma bacarığı Texniki düşünmə qabiliyyəti Məsuliyyətlilik və dəqiqlik Komandada işləmək bacarığı İş şəraiti İş qrafiki: növbəli İş saatı: 08:00 – 20:00 Nahar pulu Servis Könüllü tibbi sığorta Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun müəyyən ediləcək Müraciət qaydası Mövzu hissəsində “İstehsalat operatoru” qeyd etməklə, elanda göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.