Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Baku City Residences

Korporativ müqavilələr üzrə aparıcı hüquqşünas

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Korporativ müqavilələr və daşınmaz əmlak əməliyyatları üzrə təcrübəli aparıcı hüquqşünas axtarılır. Vəzifə: Korporativ müqavilələr üzrə aparıcı hüquqşünas İş yeri: Ofis Namizədə tələblər Minimum 7 il iş təcrübəsi; Ali təhsil (hüquqşünas ixtisası üzrə); Azərbaycan dili sərbəst olmalı, rus və ingilis dili bilikləri arzuolunandır; MS Office proqramlarından, o cümlədən Word, Excel və Outlook-dan, həmçinin ofis avadanlıqlarından istifadə bacarığı; AR Konstitusiyası, Əmək Məcəlləsi, Mülki Məcəllə, Daşınmaz əmlakın dövlət reyestri haqqında qanun və digər normativ hüquqi aktlar üzrə bilik; Analitik düşünmə və problem həll etmə bacarığı; Ünsiyyətcil, məsuliyyətli və komandada işləmə qabiliyyəti. İş barədə məlumat Müqavilələrin icrasına hüquqi nəzarətin həyata keçirilməsi; Daşınmaz əmlak əməliyyatları ilə bağlı hüquqi sənədlərin hazırlanması; Alqı-satqı, icarə, investisiya, podrat və digər müqavilələrin tərtib edilməsi; Müqavilələrin Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması; İddia və pretenziya işlərinin aparılması, qarşı tərəfə rəsmi bildirişlərin, tələblərin və cavabların hazırlanması; Müqavilə risklərinin hüquqi təhlili və rəhbərliyə hüquqi rəy verilməsi; Mübahisəli hüquqi məsələlər üzrə hüquqi rəy və tövsiyələrin hazırlanması; Dövlət qurumları və digər təşkilatlarla hüquqi yazışmaların aparılması; Hüquqi sənədlərin hazırlanması və müqavilə arxivinin idarə olunması; İş qrafiki: Bazar ertəsi-Cümə; Azərbaycan Respublikası Əmək qanunvericiliyinə əsasən rəsmiləşdirmə; Əmək haqqı: razılaşma yolu ilə. Müraciət qaydası Şəkilli CV-nizi Müraciət et düyməsində qeyd olunan e-mail ünvanına göndərməyiniz xahiş olunur.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.