Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

METAK

Elektrik

SumqayıtMənbə: Vezife.az

Vakansiya haqqında

Sumqayıt üçün elektrik vakansiyası üzrə yerüstü avadanlıqların quraşdırılması, istismarı və texniki xidməti ilə bağlı işçi axtarılır. İşin təsviri Yerüstü elektrik avadanlıqlarının quraşdırılması və onlara xidmət göstərilməsi; Elektrik avadanlıq və qurğuların istismarı, quraşdırılması, sökülməsi, təmiri, baxışı və qulluğu ilə bağlı işlərin yerinə yetirilməsi; İstifadə olunan avadanlıqların normal, təhlükəsiz və texniki şərtlərə uyğun şəkildə işləməsinə nəzarət edilməsi; Qrafik üzrə periodik texniki baxışların aparılması; Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına riayət edilməsi. Vakansiya üzrə tələblər Yaş həddi: 35-50; Ali texniki təhsil və ya orta texniki təhsil, elektrik-montyoru ixtisası; Müvafiq sahədə minimum 5 il iş təcrübəsi; Enerji təminatı barədə məlumatlı olmaq; Elektronika sahəsi üzrə ilkin biliklərə sahib olmaq; Dürüst, məsuliyyətli və nizam-intizamlı olmaq. Komputer bilikləri Word Excel İş şərtləri 6 günlük iş həftəsi; Nahar şirkət tərəfindən təmin olunur; İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma; İş yeri: Sumqayıt. Müraciət qaydası Maraqlanan namizədlər CV-lərini “Müraciət et” düyməsində göstərilən elektron poçt ünvanına göndərməklə müraciət edə bilərlər. Əlaqə: 050 256 77 33

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.