Vakansiya haqqında
Smeta mühəndisi vakansiyası üzrə layihə sənədlərinin və iş həcmlərinin düzgün hazırlanması və yoxlanılması üçün müraciətlər qəbul olunur.
Öhdəliklər:
Layihələrin və iş həcmlərinin (BOQ) yoxlanılması, aşkarlanmış uyğunsuzluq və çatışmazlıqların aradan qaldırılması;
İş həcmləri mövcud olmadıqda, layihə, müqavilə, spesifikasiya və digər texniki sənədlər əsasında iş həcmləri cədvəlinin hazırlanması;
Subpodrat təşkilatlardan daxil olan təkliflərin toplanması, təqdim edilən ehtimal olunan qiymətlərin yoxlanılması, müqayisəsi və təhlili;
İş həcmlərinin cari qiymətlər əsasında qiymətləndirilməsi;
Göstərilən tələblərə uyğun namizədlərdən xahiş olunur ki, CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərsinlər və mövzu hissəsində “Smeta mühəndisi” yazsınlar.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
