Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

OBA marketlər şəbəkəsi

Şirniyyat ədədli kateqoriyası üzrə istehsalat və satınalma müdiri

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Şirniyyat ədədli kateqoriyası üzrə istehsalat və satınalma müdiri axtarılır. Təsvir İstehsalat və texnologiya istiqaməti İstehsalat təcrübəsi əsasında nəzarət aparmaq, şirniyyat ədədli kateqoriyasına aid məhsulların, o cümlədən konfet, karamel, draje, marmelad, sufle, jele, pryanik, peçenye, vafli, keks, rulet və digər ədədli şirniyyat məhsullarının istehsal sahələrini, zavoddaxili xətləri və texnologiyasını dərindən bilməklə tərəfdaş fabriklərin istehsal prosesinə peşəkar nəzarət etmək. Reseptura və xammal daxilolmasını idarə etmək, məhsulların əsas xammal və köməkçi materiallarını, resepturasını və texnoloji parametrlərini tam bilmək, fabrikin təqdim etdiyi məhsulun keyfiyyətinin standartlara uyğunluğunu rütubət, Brix, pH, yağlılıq, tekstura, konsistensiya, dad, qoxu və digər göstəricilər üzrə texnoloji baxımdan yoxlamaq. Xammal auditini həyata keçirmək, şəkər, un, kakao, şokolad və kakao məhsulları, bitki yağları, süd məhsulları, yumurta məhsulları, qlükoza və invert şərbəti, jelatin, pektin, aromatizatorlar, rəngvericilər və digər xammal növlərini, eləcə də onların bazar qiymətlərini təhlil etməklə istehsalçı ilə texniki kommunikasiya qurmaq və gizli keyfiyyət azalması risklərinin qarşısını almaq. Satınalma və kommersiya istiqaməti Şirniyyat ədədli kateqoriyası üzrə satınalma strategiyasını qurmaq və kommersiya baxımından şirkət üçün ən yüksək gəlirliliyi, yəni marjanı təmin etmək. İstehsalçı fabriklərlə qiymət, ödəniş şərtləri, logistika, minimum sifariş həcmi və tədarük zənciri müqavilələrini ən optimal kommersiya şərtləri ilə razılaşdırmaq. Maya dəyərini idarə etmək, xammal, qablaşdırma, istehsal, enerji, logistika və digər istehsal xərclərini təhlil edərək əsaslandırılmış və optimal cost formalaşdırmaq. İş qrafiki 5 gün, 09:00-18:00 Namizədə tələblər Ali təhsil: Qida mühəndisliyi, Qida texnologiyası, Şirniyyat və qənnadı məmulatlarının texnologiyası, Kimya texnologiyası və ya müvafiq texniki sahə. Təcrübə: Retail/FMCG/qida sektorunda satınalma və ya kateqoriya idarəetməsi üzrə, həmçinin şirniyyat, qənnadı məmulatları, unlu məmulatlar və ya FMCG sektorunda texnoloq, istehsalat və ya keyfiyyət istiqamətində minimum 5 il iş təcrübəsi, bunun 2 ili rəhbər vəzifədə olmaqla. Sektor və bazar biliyi: Şirniyyat və qənnadı məhsulları bazarını, əsas istehsalçıları, məhsul çeşidlərini, xammal bazarını və qiymət formalaşmasına təsir edən amilləri bilmək. Xammal üzrə bilik: Şəkər, un, kakao və kakao məhsulları, şokolad, bitki yağları, süd məhsulları, yumurta məhsulları, şərbətlər, jelatin, pektin, aromatizatorlar, rəngvericilər və digər şirniyyat xammallarının xüsusiyyətlərini bilmək. Texnoloji proses: Xammalın hazırlanması və dozalanması, qarışdırma, yoğurma, bişirmə, formalaşdırma, soyutma, krem və içlik hazırlanması, şokoladlama və qlazurlama, dekorasiya və qablaşdırma proseslərini bilmək. Keyfiyyət və qida təhlükəsizliyi: Mikrobioloji risklər, BRCGS, FSSC 22000, ISO 22000, HACCP, sanitariya-gigiyena, allergenlərin idarə edilməsi, saxlanma şəraiti və müddəti, həmçinin fiziki-kimyəvi və orqanoleptik göstəricilər üzrə bilik. Təchizatçı təcrübəsi: Yerli və xarici istehsalçı və təchizatçılarla işləmək, onların istehsalat və keyfiyyət imkanlarını qiymətləndirmək, audit və danışıqlar aparmaq bacarığı. Dil bilikləri: Azərbaycan dili mükəmməl, ingilis və ya rus dili mütləq. Şəxsi keyfiyyətlər: Strateji düşünmə və planlaşdırma, liderlik və komanda idarəetmə bacarığı, analitik düşüncə və qərarvermə. Vakansiya növü Tam ştat İmtiyazlar Nahar təminatı Nəqliyyat xidməti Karyera yüksəlişi Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.