Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

ATS Food

Baş mexanik

SumqayıtMənbə: Vezife.az

Vakansiya haqqında

Sumqayıtda baş mexanik vakansiyası istehsalat avadanlıqlarının, mexaniki sistemlərin və təmir proseslərinin idarə olunmasını əhatə edir. Vəzifə öhdəlikləri Təhkim olunmuş istehsal sahəsində avadanlıqların, istehsal xətlərinin və mexaniki sistemlərin dayanıqlı və fasiləsiz işləməsini təmin etmək; İstehsal avadanlıqlarına mütəmadi texniki baxış keçirmək, nasazlıqları vaxtında aşkar etmək və təmir-bərpa işlərini təşkil etmək; Planlı Profilaktik Təmir (PPT) qrafikinə uyğun şəkildə təmir işlərinin planlaşdırılmasına və icrasına nəzarət etmək; Təmir üçün lazım olan ehtiyat hissələri, alətlər və materialların vaxtında təmin edilməsinə nəzarət etmək, anbarda olmayan materiallar üzrə sifarişlərin açılmasını təşkil etmək; Tabeliyində olan təmirçi çilingərlərin işini planlaşdırmaq, koordinasiya etmək və görülən işlərə nəzarət etmək; Təmir işləri başa çatdıqdan sonra icra sənədlərini hazırlamaq və avadanlıqları təhlükəsiz şəkildə istismara təhvil vermək; Təmir heyəti tərəfindən əmək intizamına, əməyin mühafizəsi, texniki təhlükəsizlik və istehsalat qaydalarına riayət olunmasına nəzarət etmək; Avadanlıqlarda yaranan nasazlıqların səbəblərini təhlil etmək və təkrarlanmasının qarşısını almaq üçün təkliflər hazırlamaq; Texniki sənədləri, konstruktor çertyojlarını və mexaniki sxemləri oxumaq, təhlil etmək və zərurət olduqda hazırlamaq; İstehsalatda avadanlıqların məhsuldarlığının və etibarlılığının artırılması üçün təkmilləşdirmə tədbirlərinin həyata keçirilməsində iştirak etmək. Namizədə tələblər Ali təhsil: Mexanika mühəndisliyi, Maşınqayırma, Mexatronika və ya digər uyğun texniki ixtisas üzrə; İstehsalat müəssisəsində mexanik və ya baş mexanik kimi minimum 5 il iş təcrübəsi; Mexaniki avadanlıqların quruluşu, istismarı, texniki xidməti və təmir prinsipləri üzrə dərin biliklər; Planlı profilaktik təmir sistemlərinin təşkili üzrə təcrübə; Konstruktor çertyojlarını və texniki sənədləri sərbəst oxumaq bacarığı; Əmək mühafizəsi və texniki təhlükəsizlik qaydaları üzrə biliklər; Komandanı idarəetmə, qərarvermə və təşkilatçılıq bacarıqları; Analitik düşüncə, yüksək məsuliyyət, dəqiqlik və güclü ünsiyyət bacarığı. İş qrafiki 5 günlük iş qrafiki İş saatı: 09:00-18:00 Əmək haqqı Namizədin bilik və bacarığına əsasən təyin olunur. Üstünlüklərimiz Nahar Servis Könüllü tibbi sığorta Korporativ nömrə və danışıq limiti Müraciət qaydası Tələblərə uyğun namizədlər öz CV-lərini “Baş mexanik” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.