Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

GL ASC

Təlim və inkişaf şöbəsinə mütəxəssis (təlimçi)

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

GL ASC (Sizin Lombard) Təlim və inkişaf şöbəsinə mütəxəssis (təlimçi) üzrə vakansiya elan edir. Təlim və inkişaf sahəsində iş imkanı Şirkətimiz əməkdaşların inkişafını, bilik səviyyəsinin artırılmasını və peşəkar yanaşmanın gücləndirilməsini önəmli hesab edir. İnsan resurslarının idarə edilməsində müasir metodların tətbiqi; Kollektivdə motivasiyanın yüksəldilməsi və biliklərin inkişafı üçün layihələrin icrası; Ədalətli performans dəyərləndirməsi və keyfiyyətli iş mühitinin qorunması. Əsas vəzifələr Yeni işə qəbul olunan kredit mütəxəssisləri üçün təlimlərin keçirilməsi; Kredit mütəxəssislərinə şirkətin iş prinsiplərinin, kreditləşmə prosesinin və daxili prosedurların öyrədilməsi; Müştəri ilə ünsiyyət və xidmət standartları üzrə praktiki təlimlərin təşkili; Təlim materiallarının hazırlanması və yenilənməsi; Təlim iştirakçılarının bilik və bacarıqlarının qiymətləndirilməsi; Təlim nəticələrinin təhlili və inkişaf ehtiyaclarının müəyyənləşdirilməsi. Namizədə tələblər Təlimçi kimi iş təcrübəsi; Təqdimat və ünsiyyət bacarıqları; Auditoriya qarşısında sərbəst çıxış etmək bacarığı; Məlumatı sadə və anlaşıqlı şəkildə izah etmək bacarığı; Kredit, bank, lombard və ya satış sahəsində təcrübə üstünlükdür. Müraciət qaydası Maraqlanan namizədlər öz CV-lərini Müraciətet düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.