Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Toyota Gəncə Mərkəzi

Avtomobil satışı üzrə menecer

GəncəMənbə: Vezife.az

Vakansiya haqqında

Gəncə və Şəmkirdə avtomobil satışı üzrə menecer axtarılır. Əsas vəzifələr Müştərilərin tələblərini öyrənmək və uyğun avtomobil modellərini təqdim etmək; Avtomobillərin texniki göstəriciləri, komplektasiyası və üstünlükləri barədə ətraflı məlumat vermək; Müştərilər üçün avtomobil təqdimatları və test sürüşlərini təşkil etmək; Satış prosesini ilkin müraciətdən avtomobilin təhvil verilməsinədək peşəkar şəkildə idarə etmək; Potensial müştərilərlə mütəmadi əlaqə saxlamaq və müraciətlərin izlənməsini aparmaq; Müəyyən edilmiş satış hədəflərinin yerinə yetirilməsinə nəzarət etmək; Müştəri məlumatlarını və satış prosesini aidiyyəti sistemdə düzgün qeyd etmək; Toyota brendinin korporativ standartlarına və yüksək müştəri xidməti prinsiplərinə riayət etmək; Satış nəticələri üzrə müvafiq hesabatları hazırlamaq. Namizədə tələblər Avtomobil satışı sahəsində iş təcrübəsi və praktik satış bacarığı; Avtomobillər, onların texniki xüsusiyyətləri və satış prosesi barədə biliklər; İngilis və rus dillərini C1–C2 səviyyəsində bilmək; Azərbaycan dilində səlis şifahi və yazılı ünsiyyət bacarığı; Güclü təqdimat, satış və danışıqlar aparmaq bacarığı; Müştəriyönümlü, məsuliyyətli və nəticəyönümlü olmaq; Komandada işləmək və müxtəlif müştəri profilləri ilə düzgün ünsiyyət qurmaq bacarığı; MS Office proqramlarında işləmək bacarığı; Sürücülük vəsiqəsinin olması. Peşəkarlıq tələbləri Güclü analitik düşüncə, problem həll etmə və axtarış bacarıqları; Müştərini dinləmək və inandırmaq bacarığı; Təqdimat bacarığı; Təzyiq altında işləmək və prioritetləri düzgün müəyyənləşdirmək qabiliyyəti. Digər məlumatlar İş yeri: Gəncə şəhəri, Gəncə- Şəmkir yolun sağ tərəfi; Ezamiyyə imkanları mövcuddur (zəruri hallarda); 6 günlük iş rejimi (bazar ertəsi – şənbə); İş vaxtı: Bazar ertəsi-Cümə 09:00 – 17:00, Şənbə 09:00-15:00; Rəqabətə uyğun əmək haqqı və performansa əsaslanan bonus sistemi. Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər öz CV-lərini “Müraciət et” düyməsində göstərilən elektron ünvanına göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.