Vakansiya haqqında
Yaradıcı təhsil sahəsində fəaliyyət göstərən şirkət satış komandasını idarə edib nəticələri artıracaq satış rəhbəri axtarır.
Vəzifələr
Bu rolda əsas məqsəd satış komandasını idarə etmək, inkişaf etdirmək və şirkətin B2C və B2B satış göstəricilərini sistemli şəkildə yüksəltməkdir.
Satış komandasının işini planlaşdırmaq, hədəfləri müəyyənləşdirmək, performansı izləmək və nəticələri qiymətləndirmək;
Komanda üzvlərinin inkişafını dəstəkləmək üçün zəng və yazışmaları analiz etmək, fərdi rəy vermək və praktiki təlimlər keçirmək;
Lazım olduqda B2C satış prosesinə birbaşa qoşulmaq, çətin danışıqları aparmaq, görüşlərdə iştirak etmək və sövdələşmələri bağlamaq;
B2B satış istiqamətini gücləndirmək, korporativ müştərilərlə görüşlər və təqdimatlar keçirmək, kommersiya təklifləri hazırlamaq və əməkdaşlıqları rəsmiləşdirmək;
Müştəri münasibətlərini idarə etmək, həssas və mübahisəli hallarda həm müştəri məmnuniyyətini, həm də şirkət maraqlarını qoruyan həllər təklif etmək;
Satış prosesini təkmilləşdirmək, satış skriptləri, müqavilə və sənədləşmə, CRM, data idarəetməsi, hesabatlılıq və daxili standartlarla bağlı təkliflər vermək və tətbiq etmək;
Satış bilik bazasını formalaşdırmaq, satış skripti, playbook və obyeksiyalarla iş metodikasını hazırlamaq, yeni əməkdaşların adaptasiyasına nəzarət etmək;
Konversiya, SLA və digər satış göstəricilərini izləmək, riskləri vaxtında müəyyənləşdirmək və operativ həll yolları təklif etmək.
Namizədə tələblər
Satış sahəsində ən az 5 illik təcrübə, bunun minimum 2 ili satış komandasının idarə olunması üzrə olmalıdır;
Rəqəmlərlə ölçülə bilən real satış nəticələri və komanda nəticələrini artırmaq təcrübəsi tələb olunur; B2C və B2B təcrübəsi, eləcə də təhsil və ya xidmət sektorunda iş təcrübəsi üstünlükdür;
Satış proseslərinin qurulması və standartlaşdırılması üzrə təcrübə: satış skripti, playbook, satış mərhələləri, CRM, müqavilə və sənədləşmə standartları;
Mentorluq və təlim bacarığı, komanda üzvlərinin inkişaf ehtiyaclarını müəyyənləşdirmək və motivasiyanı qorumaq qabiliyyəti;
Müştəri münasibətlərinin idarə olunması və həssas halların həllində təcrübə, danışıqlarda balanslı və məqbul yanaşma;
Güclü şifahi və yazılı ünsiyyət, danışıqlar aparmaq və fərqli müştəri profilləri ilə peşəkar münasibət qurmaq bacarığı;
Analitik düşüncə və problem-solving bacarığı, hər vəziyyətə uyğun müstəqil həll yolu tapmaq qabiliyyəti;
Satış göstəriciləri ilə işləmək bacarığı, konversiya, satış hunisi və hesabatların izlənməsi;
Rus dili biliyi üstünlükdür;
Yüksək məsuliyyət, təşəbbüskarlıq, sürətli icra və nəticəyönümlülük.
Haqqımızda
BDA Azərbaycanın aparıcı yaradıcı təhsil mərkəzlərindən biridir və beynəlxalq standartlarda peşə təhsili ilə yanaşı, Adobe, Microsoft, Autodesk, Cisco, PMI və digər beynəlxalq sertifikasiyalar təqdim edir.
Şirkət yerli istedadların beynəlxalq səviyyədə tanınmasına dəstək verir, qlobal yarışlarda iştirak imkanları yaradır və beynəlxalq tədbirlərin təşkili ilə seçilir.
Bu vəzifə üçün yalnız komandaya istiqamət verən rəhbər deyil, satış prosesini yaxından bilən, mürəkkəb danışıqları özü aparan və satışın sistemli qurulmasına töhfə verən lider axtarılır.
Müraciət qaydası
Maraqlanan namizədlər müraciətlərini "Satış rəhbəri - Ad Soyad" mövzusu ilə, mail mətnində aşağıdakı 3 suala cavab yazaraq, Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərməlidirlər.
İdarə etdiyiniz komanda ilə əldə etdiyiniz bir nəticə: komandanın həcmi, konkret rolunuz, əsas göstəricilər və nəticə;
Mürəkkəb müştəri situasiyasını uğurla həll etdiyiniz bir hal: vəziyyət nə idi, hansı yanaşmanı seçdiniz və nəticə nə oldu;
Arzu etdiyiniz əmək haqqının minimum və maksimum aralığı.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
