Vakansiya haqqında
Elektronçu vəzifəsi üçün iş elanı elektron avadanlıqların texniki xidməti, təmiri və sınaq işləri ilə məşğul olacaq namizədlər üçündür.
İşin təsviri
İstismarda olan elektron dəzgahlara texniki xidmətin göstərilməsi;
Avadanlıqların təmiri və sınaq işlərinin yerinə yetirilməsi;
Elektron avadanlıqların texniki vəziyyətinin yoxlanılması, baxış keçirilməsi və cari təmirin aparılması;
Aşkar edilmiş nasazlıqların aradan qaldırılması.
Vakansiya üzrə tələblər
Ali texniki təhsil və ya peşə təhsili;
Müvafiq sahədə 3-5 il iş stajı;
Dövrə sxemlərini oxumaq bacarığı;
Elektronika və avtomatikanın əsaslarını bilmək;
Sənaye avadanlıqlarının ana platalarında yaranan problemləri həll etmək bacarığı.
Komputer bilikləri
Word, Excel
Dil bilikləri
Rus dili, ingilis dili arzuolunandır.
İş şərtləri
6 günlük iş həftəsi;
Nahar şirkət tərəfindən təmin edilir;
İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma.
Müraciət qaydası
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərərək müraciət edə bilərlər.
Yalnız göstərilən meyarlara uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
