Vakansiya haqqında
Anbar üzrə mütəxəssis vəzifəsi üzrə Bakı üçün təqdim olunan bu vakansiyada malların qəbulu, uçotu və təhvil-təslim işləri həyata keçirilir.
Vəzifə öhdəlikləri
Anbara daxil olan və anbarı tərk edən malların siyahıya uyğunluğunu yoxlamaq;
İmzalanmış müqavilələr əsasında təchizatçılardan təhvil verilən malları qəbul etmək və onların uçotunu aparmaq;
Qəbul edilən sifarişlərə uyğun olaraq malların təyin olunan ünvana çatdırılmasına nəzarət etmək;
Dəftərxana və təsərrüfat mallarını təhvil-təslim aktı əsasında qəbul etmək və filiallar üzrə üzləşməni aparmaq;
ATM və ÖT ehtiyat hissələrinin qeydiyyatını aparmaq və onların servis prosesinə vasitəçilik etmək;
Baş ofis və filiallarda servis tələb edən kompüter avadanlıqları, pulsayan cihazlar, detektorlar, mikrofonlar, şrederlər və digər avadanlıqlar üzrə servisin təşkilinə kömək etmək, həmçinin kartriclərin doldurulmasına vasitəçilik etmək;
Göndərilən mallar üzrə müvafiq struktur bölmələr və filiallarla təhvil-təslim aktlarını hazırlamaq.
Tələblər
Ali təhsil;
Analoji sahədə iş təcrübəsi arzuolunandır;
Microsoft Office proqramlarında istifadəçi səviyyəsində biliklər;
Azərbaycan dilində sərbəst danışıq, yazı və oxu bacarığı.
Vakansiya haqqında
Vakansiya növü: Tam ştat
İmtiyazlar
Tibbi sığorta;
Bilik və bacarıqların inkişafı üçün təlimlər;
Peşəkar və maddi inkişaf imkanları;
Peşəkar korporativ mühitdə çalışma imkanı.
Müraciət qaydası
Maraqlanan namizədlər Müraciət et düyməsində göstərilən link vasitəsilə müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
