Vakansiya haqqında
Bakıda PilatesLife studiyası peşəkar, enerjili və məsuliyyətli xanım resepşn axtarır.
Vəzifələr
Studiyanın gündəlik inzibati işlərinin təşkili və koordinasiyası
Müştərilərin qarşılanması və yüksək səviyyədə xidmət göstərilməsi
Studiyanın yeni və potensial müştərilərinə xidmətlərin peşəkar şəkildə təqdim edilməsi
Daxil olan zənglərin, WhatsApp yazışmalarının və sosial şəbəkə müraciətlərinin cavablandırılması
Mövcud və potensial müştərilərlə davamlı əlaqələrin qurulması
Müştəri bazasının idarə olunması və CRM sistemində məlumatların işlənməsi
Məşqçilərin iş qrafiklərinin koordinasiyasında iştirak
Studiyada olan məhsulların və ehtiyatların nəzarətdə saxlanılması, sifarişlərin hazırlanması
Hesabatların müəyyən olunmuş qaydada aparılması
Studiyanın xidmət keyfiyyətinin və müştəri məmnuniyyətinin təmin olunmasına aktiv dəstək göstərilməsi
İş yerində yaranan məsələlərin operativ və müstəqil həlli
Tələblər
Azərbaycan və rus dillərini sərbəst bilmək, ingilis dili arzuolunandır
Ali təhsil
22–40 yaş arası xanım namizədlər
MS Office proqramlarında işləmək bacarığı, Word və Excel bilikləri, 1C bilikləri üstünlükdür
Ofis texnikası ilə işləmə bacarığı
Satış və müştəri xidməti sahəsində təcrübə üstünlükdür
Ünsiyyətcil, gülərüz və təqdimat bacarıqları yüksək olmaq
Məsuliyyətli, punktual və intizamlı olmaq
Komandada işləmə və eyni zamanda müstəqil qərar vermə bacarığı
Stressə davamlı olmaq və çoxsaylı tapşırıqları idarə edə bilmək
Sağlam həyat tərzinə, idmana və wellness sahəsinə maraq göstərmək
İş şəraiti
İşə qəbul Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun aparılır
Əmək haqqı: 700 AZN
2 növbəli iş qrafiki: 09:00–18:00 və 12:00–21:00
Şənbə günü iş vaxtı: 09:00–15:00
Biz nə təklif edirik?
Azərbaycanın aparıcı Pilates studiyalarından birində işləmək imkanı
Peşəkar və dəstəkçi komanda mühiti
Karyera və inkişaf imkanları
PlatesLife xidmətlərindən xüsusi əməkdaş güzəştləri
Müştəri xidməti və satış bacarıqlarının inkişafı üçün təlimlər
Maraqlanan şəxslərdən şəkilli CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissəsində “Resepşn” yazmaqla göndərmələri xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
