Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

STP Global Cable

Keyfiyyətə nəzarət üzrə müfəttiş

SumqayıtMənbə: Vezife.az

Vakansiya haqqında

Sumqayıt şəhərində “Keyfiyyətə nəzarət üzrə müfəttiş” vəzifəsi üzrə vakansiya elan olunur. Şirkət haqqında “STP Global Cable” MMC STP Şirkətlər Qrupuna daxil olan biznes vahidlərindən biridir və Kabel və Elektrik Avadanlıqları zavodlarını birləşdirir. Şirkət məhsul çeşidinə və istehsal həcminə görə regionun ən böyük kabel və elektrik avadanlıqları istehsalçılarından biridir və xarici bazarda da geniş müştəri bazasına malikdir. İstehsal sahəsi ümumilikdə 7 hektardan artıq qapalı ərazini əhatə edir. Namizədə tələblər Ali təhsil: elektrik, elektrotexnika, materialşünaslıq, mexanika və ya əlaqəli sahə; Əlaqəli istiqamətdə minimum 3 il iş təcrübəsi; Azərbaycan dilini sərbəst bilməli, ingilis və rus dilləri arzuolunandır; MS Office proqramlarında yüksək səviyyədə işləmək bacarığı; Güclü ünsiyyət və davranış bacarıqları; Problem həll etmə və analitik düşünmə qabiliyyəti; İşdə dəqiqlik və detallara diqqət yetirmək bacarığı. Vəzifə öhdəlikləri Kabel istehsalı texnologiyası və prosesləri üzrə praktiki biliklərdən istifadə etmək; IEC, EN, ГОСТ və digər müvafiq kabel standartları ilə işləmək; Kabel konstruksiyası və əsas materiallar barədə texniki biliklərə sahib olmaq; İstehsal zamanı aralıq nəzarət və vizual yoxlamalar aparmaq; Ölçü cihazları və laboratoriya avadanlıqlarından istifadə etmək; Uyğunsuzluqları və istehsalat qüsurlarını aşkar edib qeydiyyata almaq; Texniki sənədlər, çertyojlar, spesifikasiyalar və ITP ilə işləmək; Ölçmə və sınaq nəticələrini düzgün sənədləşdirmək. Təklif olunur Ölkənin ən böyük sənaye müəssisələrindən birində çalışma imkanı; Adekvat əmək haqqı; Təlim və inkişaf istiqamətində şirkət dəstəyi. Əlavə məlumat Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi əsasında müəyyən edilir; Nahar və nəqliyyat servislə təmin olunur; İş qrafiki: Bazar ertəsi - Cümə, 08:00 – 17:00; İş yeri: Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi. Tələblərə uyğun namizədlərdən xahiş olunur ki, CV-lərini mövzu hissəsində “Keyfiyyətə nəzarət üzrə müfəttiş” qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına və eyni zamanda https://stpcareer.com səhifəsinə daxil olaraq göndərsinlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.