Vakansiya haqqında
Məhkəmə hüququ üzrə kiçik hüquqşünas vakansiyası üçün sənədlərin hazırlanması və məhkəmə müraciətləri üzrə biliklərə malik namizədlər axtarılır.
Vəzifə funksiyaları
Daxil olmuş sənədlər əsasında məhkəməyə və ya digər orqanlara müraciət üçün tələb olunan arayışları əldə etmək, dövlət rüsumlarının və digər ödənişlərin vaxtında həyata keçirilməsini təmin etmək;
Daxil olmuş sənədlər əsasında məhkəməyə müraciət məqsədilə iddia ərizələri, kiçik iddia icraatı üzrə ərizələr, icra qeydlərinin aparılmasına dair ərizələr, həmçinin etiraz və vəsatətlər, məhkəmə qərarlarından şikayətlər hazırlamaq;
Digər dövlət və qeyri-dövlət orqanlarına ünvanlanan ərizə və şikayətləri tərtib etmək;
Etibarnamə əsasında təşkilatı birinci və apellyasiya instansiya məhkəmələrində təmsil etmək;
Tələblər
Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
Analitik düşünmə və təqdimat bacarığı;
AR Mülki, Əmək, Vergi və İnzibati Xətalar məcəllələri üzrə biliklər;
Problem həll etmə bacarığı;
Operativ və düzgün qərar qəbul etmə bacarığı;
Sahəyə aid hüquqi sənədləri tərtib etmək bacarığı.
Müraciət qaydası
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
