Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Mpay MMC

Aparıcı İT biznes analitik

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Aparıcı İT biznes analitik axtarılır; ödəniş sistemləri, API inteqrasiyaları və biznes tələblərinin təhlili üzrə təcrübə üstünlükdür. İşin əsas istiqamətləri Müxtəlif maraqlı tərəflərdən biznes və funksional tələblərin toplanması, təhlili, dəqiqləşdirilməsi və sənədləşdirilməsi; Ödəniş sistemləri, e-Wallet və terminallar üzrə yeni inteqrasiyaların və funksional dəyişikliklərin təhlili, tələblərin formalaşdırılması və layihə icrasına dəstək göstərilməsi; Layihələr üzrə biznes və texniki sənədlərin hazırlanması və yenilənməsi: BRD, FRD, SRS, User Story, Use Case, Acceptance Criteria, process flow və digər sənədlər; Biznes ehtiyaclarının sistem tələblərinə çevrilməsi və texniki komandalar üçün aydın şəkildə təsvir edilməsi; Mövcud biznes proseslərinin təhlili, boşluqların və təkmilləşdirmə imkanlarının müəyyən olunması; Dəyişikliklərin biznes və sistemlərə təsirinin qiymətləndirilməsi, mümkün həll variantlarının müqayisə edilməsi; Yeni inteqrasiyalar üzrə API spesifikasiyalarının, request/response strukturlarının və biznes qaydalarının təhlilində iştirak; Proseslərin BPMN və UML ilə modelləşdirilməsi, lazım olduqda AS-IS və TO-BE proseslərinin hazırlanması; Proqramlaşdırma, Sistem analitik, QA, Biznesin inkişafı və digər aidiyyəti komandalarla sıx əməkdaşlıq edərək tələblərin düzgün anlaşılmasını və icrasını təmin etmək; Layihələrin SDLC mərhələlərində, analizdən implementasiya və test mərhələsinə qədər iştirak etmək; Test və UAT mərhələlərində biznes tələblərinə uyğunluğun yoxlanılmasına dəstək vermək; Şirkətin fəaliyyət istiqamətlərinə uyğun analitik araşdırmalar aparmaq və proseslərin optimallaşdırılması üçün təkliflər hazırlamaq. Namizədə tələblər Ödəniş sistemləri, bank əməliyyatları və ya FinTech sahəsində minimum 3 il iş təcrübəsi; İT biznes analitik istiqamətində tələblərin toplanması, təhlili və sənədləşdirilməsi üzrə praktiki təcrübə; UML və BPMN üzrə bilik və praktiki iş təcrübəsi; REST API və SOAP ilə işləmə prinsipləri barədə bilik və təcrübə; Swagger və Postman ilə işləmə bacarığı; API-lərə sorğu göndərmək, request/response strukturlarını analiz etmək və JSON/XML data formatları ilə işləmək bacarığı; HTTP metodları, status code-lar, authentication və inteqrasiya prinsipləri üzrə baza bilikləri; Jira və digər task management alətləri ilə işləmə təcrübəsi; Biznes və texniki tələblər arasında düzgün əlaqə qurmaq bacarığı; Məntiqi, analitik və sistemli düşünmə qabiliyyəti; Güclü kommunikasiya, tələblərin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi, görüşlərin fasilitasiyası və komanda ilə işləmək bacarığı; Problemləri strukturlaşdırmaq, alternativ həlləri müqayisə etmək və nəticələri aydın şəkildə təqdim etmək bacarığı. Tələb olunan bacarıqlar Tələblərin toplanması, təhlili və sənədləşdirilməsi; API və sistem inteqrasiyaları; Proseslərin modelləşdirilməsi; Analitik düşüncə; Problem həlli və kommunikasiya bacarıqları. Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan link vasitəsilə müraciət edə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.