Vakansiya haqqında
Satınalma üzrə mütəxəssis vakansiyası üçün təchizat və sənədləşmə sahəsində təcrübəli namizədlər axtarılır.
Əmək haqqı
2000 – 3000 AZN
İşin öhdəlikləri
Satınalma müqavilələrinin hazırlanması üçün ilkin hüquqi və kommersiya biliklərinə sahib olmaq;
Alınan malların hərəkətinə nəzarət etmək və bununla bağlı sənədləşməni təşkil etmək;
Təchizat və satınalma proseslərinin əsas prinsiplərini bilmək;
Razılaşdırılmış kommersiya şərtlərinin icrasını izləmək;
Xarici bazar araşdırmaları aparmaq və satış analizləri hazırlamaq;
Ehtiyac yarandıqda xarici ölkələrə ezamiyyətlərdə iştirak etmək, sərgi və təlimlərə qatılmaq;
Təchizat üzrə sənəd dövriyyəsini təşkil etmək və idarə etmək;
Təchizat zəncirinin idarə olunması prinsipləri barədə anlayışa malik olmaq;
Böyük həcmli məlumatlarla işləyə bilmək və yüksək məhsuldarlıq göstərmək;
Tədarükçülərlə qiymət və texniki şərtlər üzrə danışıqlar aparmaq;
Xarici ölkələrdən malların vaxtında sifarişini və ölkəyə çatdırılmasını təşkil etmək;
Rəhbərliyə uyğun hesabatlar hazırlamaq və təqdim etmək;
Qərarvermə, problem həll etmə, planlaşdırma və komanda ilə işləmə bacarıqlarına sahib olmaq;
Stressə davamlı, məsuliyyətli və peşəkar iş etikası ilə işləmək;
Vəzifə öhdəliklərini vaxtında və dəqiq yerinə yetirmək.
Tələblər
Ali təhsil;
Satınalma və ya təchizat sahəsində minimum 3–5 il iş təcrübəsi, mütləq şərtdir;
MS Office proqramları, xüsusilə Word və Excel üzrə yüksək bilik;
Analitik düşünmə və effektiv ünsiyyət bacarıqları;
Yaş həddi: 25–40;
Azərbaycan dili səlis olmalıdır;
İngilis və rus dillərini yazılı və şifahi şəkildə minimum C1 səviyyəsində mükəmməl bilmək vacibdir;
Cins: xanım və bəy.
İş qrafiki
6 günlük iş rejimi, 09:00 – 19:00.
Vacib qeyd
CV göndərəcək namizədlər üçün satınalma sahəsində minimum 2-3 il iş təcrübəsi və ingilis və rus dillərində minimum C1 səviyyəsində yazılı və şifahi bilik mütləqdir.
Yuxarıda göstərilən tələblərə uyğun olmayan namizədlərdən CV göndərməmələri xahiş olunur.
Meyarlara uyğun namizədlərlə əlaqə saxlanılacaq.
Müraciət
Maraqlanan namizədlər öz CV-lərini Müraciətet düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
