Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Superfon

Data analitikası üzrə mütəxəssis

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Bakıda data analitikası üzrə mütəxəssis vakansiyası üzrə satış, müştəri və kommersiya məlumatlarının təhlili sahəsində peşəkar namizəd axtarılır. Namizədə dair tələblər Ali təhsil: statistika, riyaziyyat, iqtisadiyyat, maliyyə, informasiya texnologiyaları və ya əlaqəli sahə. Data, satış, kommersiya və ya müştəri analitikası üzrə ən azı 1 il iş təcrübəsi. Excel proqramında yüksək səviyyə: Pivot Table, SUMIFS, axtarış funksiyaları və Power Query bilikləri. Power BI-də məlumat modeli qurmaq, əsas DAX ölçüləri hazırlamaq və hesabat yaratmaq bacarığı. Məlumatları təmizləmək, birləşdirmək və hesabatların düzgünlüyünü yoxlamaq bacarığı. Satış artımı, plan icrası, aktiv müştəri, alış tezliyi və orta sifariş göstəriciləri ilə işləmək bacarığı. Analitik nəticələri aydın şəkildə izah etmək, detallara diqqət yetirmək və kommersiya məntiqinə sahib olmaq. Müştəri və kommersiya məlumatlarının məxfiliyini qorumaq. Azərbaycan dili sərbəst səviyyədə olmalıdır. Vəzifələr Satış sistemi, CRM, şirkətdaxili tətbiq və bazar araşdırmalarından məlumatları toplamaq və birləşdirmək. Natamam və təkrarlanan qeydləri aşkar etmək, məlumatları təmizləmək və uyğunsuzluqları yoxlamaq. Kanal, region, mağaza, müştəri, kateqoriya və SKU üzrə satış və plan icrasını təhlil etmək. Aktiv, passiv və itirilmiş müştərilər, alış tezliyi və orta sifariş üzrə hesabatlar hazırlamaq. Müştəri seqmentləri, təkrar alış və kateqoriya nüfuzetməsi üzrə təhlillər aparmaq. Kampaniyaların satış artımını, iştirak səviyyəsini və ticari xərclərini müqayisəli şəkildə təhlil etmək. Loyallıq, keşbek, bonus proqramları və şirkətdaxili tətbiqdən istifadə nəticələrini ölçmək. Excel və Power BI-də dövri hesabatlar və göstərici panelləri hazırlamaq, yeniləmələri avtomatlaşdırmaq. Göstəricilərin hesablanma qaydalarını sənədləşdirmək və hesabatları mənbə məlumatları ilə tutuşdurmaq. Satış və müştəri davranışındakı dəyişiklikləri izah etmək, rəhbərliyə praktik nəticələr təqdim etmək. Üstünlük veriləcək SQL ilə məlumat çıxarma və sorğular yazma bacarığı. Distribusiya, topdan satış, pərakəndə və ya FMCG sahəsində analitika təcrübəsi. ERP, CRM və mobil tətbiq məlumatları ilə işləmə təcrübəsi. Müştəri seqmentləşdirilməsi, müştəri itkisi və loyallıq proqramlarının təhlili üzrə təcrübə. Python ilə məlumat təhlili və ya hesabat avtomatlaşdırması təcrübəsi. Rus və ya ingilis dili biliyi. Şirkət tərəfindən Peşəkar inkişaf və öyrənmə imkanı; Karyera yüksəlişi; Peşəkar və dinamik iş mühiti; Əmək müqaviləsi; İş şəraiti İş yeri: Aşıq Molla Cümə küçəsi 44B, Bakı, Azərbaycan İş rejimi: Tam iş günü Əmək haqqı: Namizədin təcrübə və kompetensiyalarına uyğun olaraq müəyyən edilir. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.