Vakansiya haqqında
Şəbəkə üzrə bölgə müdiri vakansiyasına satış prosesinə nəzarət, komanda idarəetməsi və şəbəkə müştəriləri ilə iş prosesi daxildir.
İş şəraiti
5 günlük iş qrafiki
İş saatı: 09:00-18:00
Öhdəliklər
Şəbəkələrdə fəaliyyət göstərən satış təmsilçilərinin gündəlik iş prosesini izləmək və nəzarətdə saxlamaq;
Mövcud şəbəkə müştəriləri ilə işgüzar əlaqələri qorumaq və inkişaf etdirmək;
Satış komandasının qarşıya qoyulan hədəflərə çatmasına dəstək vermək;
İşçilərin davamiyyəti, intizam qaydaları və əmək fəaliyyətini izləmək;
Satış nəticələrini təhlil etmək və satışın artırılması üçün tədbirlər görmək;
Şəbəkələr üzrə aylıq və həftəlik satış hədəflərinin müəyyən olunması və icrasında iştirak etmək;
Satış planlarının icrasına nəzarət etmək;
Yaranan problemləri vaxtında müəyyənləşdirmək və həll prosesini izləmək;
Fəaliyyət barədə rəhbərliyə mütəmadi hesabat təqdim etmək;
Şirkətin kampaniya, aksiya və digər layihələrinin düzgün icrasını təmin etmək;
Komandanın motivasiyasını və iş effektivliyini artırmaq;
Yeni əməkdaşların adaptasiya prosesini və işə uyğunlaşmasını izləmək;
Şirkət rəhbərliyinin verdiyi tapşırıqları vaxtında və düzgün yerinə yetirmək.
Namizədə tələblər
Yaş həddi: 25–40
Ali təhsil
Ən azı 3 il iş təcrübəsi
Satış və idarəetmə sahəsində təcrübə
Komandanı idarə etmək bacarığı
Yüksək ünsiyyət və təşkilatçılıq qabiliyyəti
Məsuliyyətli, intizamlı və nəticəyönümlü olmaq
Müraciət qaydası
Maraqlanan şəxslər CV-lərini mövzu hissəsində “Şəbəkə bölgə müdiri” qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
