Vakansiya haqqında
Şirkət rəhbərliyi və əməkdaşların təhlükəsiz və vaxtında daşınmasını təmin edəcək təcrübəli sürücü axtarır.
Sürücü vəzifələri
Şirkət rəhbərliyinin və əməkdaşların təhlükəsiz şəkildə, vaxtında daşınmasını həyata keçirmək;
Nəqliyyat vasitəsini səliqəli, təmiz və istismara yararlı vəziyyətdə saxlamaq;
Günlük marşrut və verilən tapşırıqları vaxtında yerinə yetirmək;
Avtomobilin texniki vəziyyətini izləmək və yaranan nasazlıqlar barədə rəhbərliyi məlumatlandırmaq;
Yanacaq sərfiyyatı, texniki baxış və digər nəqliyyat sənədlərinin uçotunu aparmaq;
Yol hərəkəti qaydalarına və şirkətin daxili prosedurlarına tam riayət etmək;
Avtomobilə aid sənədlərin qüvvədə olma müddətlərinə nəzarət etmək;
Rəhbərliyin tapşırığı ilə şəhərdaxili və şəhərlərarası səfərləri icra etmək;
Namizədə tələblər
Ən azı orta təhsil;
Müvafiq kateqoriyalı etibarlı sürücülük vəsiqəsi;
Minimum 3 il sürücülük təcrübəsi;
Bakı şəhərini və əsas marşrutları yaxşı tanımaq;
Yol hərəkəti qaydalarını yüksək səviyyədə bilmək;
Məsuliyyətli, nizam-intizamlı və etibarlı olmaq;
Müraciət qaydası
Maraqlanan namizədlər mövzu hissəsində “Sürücü” yazmaqla CV-lərini Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər. Mövzu qeyd olunmadan edilən müraciətlərə baxılmayacaq. Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
